Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Herenin öz haqqı…

16 Eylül 2016

6:20 pm


16/09/2016 [22:17]: xeber –
Haqq haqqında…Mən bir fəlsəfəçi olaraq Haqqı araram…Hüquqçu da haqqı nahaqdan ayırmaga çalışar…Bəzi məmurlar da “haqqını” alar…Bu haqları fərqləndirmək asandı. Amma iştirakçısı olduğum bir hadisədə…Mənim bir dostum var. Həddindən artıq mədənidi və haqq məsələsində də həddindən artıq vasvasıdı… Hələ sovet dövründən hökumət evində yaşayırdı. Hökumət yıxıldı, hamı evini özəlləşdirdi, dostum – yox. Dedi ki, axı bunu pulla almamışam, özüm tikdirməmisəm, – necə özəl ola bilər? İllər keçdi, yeni-yeni qanunlar çıxdı, mənzili özəl olmadığından bəzi problemlərlə üzləşdi. “Adın nədir, – Dasdəmir, – yumşalırsan…” Başladı sənəd toplamağa, dedilər gecikibsən, daha qanunlar dəyişib. Bir sözlə, iş düşdü cəncələ… İndi daha onun haqqı keçmirdi, o biri “haqqı” da dostum yaxına buraxmırdı…Keçmiş tələbəm ədliyyə müşaviri – general idi, zəng elədim, dedi deyin gəlsin sənədlərinə baxım, biz də bərabər getdik… O da işini-gücünü buraxıb bizimlə bərabər gəldi İcra hakimiyyətinə. Amma o arada xidməti maşını harasa çıxmışdı, vaxt itirməmək üçün taksi ilə getdik. Taksi pulunu da general verdi, amma dostum özü ödəməyə hazırlaşırdı, gecikdi. Nə isə, İcra başçısı da yerindəydi, sənədlərə bir yerdə baxdılar, həll yolu tapıldı, haqq yerini tutdu, “taksa”sız-filansız. Amma dostum məndən hələ də narazıdı, deyir qoymadın taksinin pulunu ödəyim, kişiyə borclu qaldım. İzah eləyir ki, “taksa”nı onsuz da ödəməli deyildim, amma taksini…Düzdü, bir az təəccüb doğurur, amma deyəsən axı dostum haqlıdı.Görünür, hərənin də bir haqq təsəvvürü var.Səlahəddin Xəlil, Türkiyədə yaşayan görkəmli alim, filosof


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler