Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Herbi tribunalın sedrine İsa Qember başda olmaqla ittiham edilenleri göstererek dedim ki…”

19 Haziran 2016

6:44 pm


19/06/2016 [22:42]: xeber –
Klassik Xalq Cəbhəsi Partiyasının sədri, Gəncə hadisələri ilə bağlı yaradılmış deputat istintaq komissiyasının ən fəal üzvlərindən olmuş Mirmahmud Mirəlioğlu da Aslan İsmayılovun müsahibəsində onunla bağlı səsləndirdiyi fikirlərlə, yəni həmin olaylarla bağlı çox şey bilsə də az danışması haqqında ittihamı ilə razılaşmadığını bildirdi. Qərara almışdıq ki, ona da cavab haqqı tanınacaq və bu gün, məhz Elçibəyin Bakını tərk edərək Kələkiyə getdiyi 17 iyunun 23-cü ildönümündə Mirmahmud ağa ilə üzbəüz çox ilginc açıqlamalarla zəngin həmsöhbət olduq. Beəliklə, KXCP sədri Mirmahmud Mirəlioğlunun sayt-a müsahibəsini oxuculara təqdim edirik:Müsahibənin birinci hissəsini bu linkdən oxumaq olar— moderator.az/news/141314.html- Bundan sonra Heydər Əliyevin cavabı nə oldu?- Heydər Əliyev vəziyyətin nəzarətdən çıxa biləcəyini görüb ayağa durdu, getdi pencəyini geyinib qayıdıb oturdu, məndən də xahiş elədi ki, əyləşin, komissiyanın üzvüsünüz, Surətə də etiraz elədi, yəni bundan sonra toplantı bir rəsmi məcraya çevriləndən sonra müzakirələrə başladıq. Bundan sonra Surət Hüseynovdan ifadə almaq mümkün oldu. Yaxud Gəncədə Surət Hüseynovun qonaq evində baş verən hadisə. Biz burdan Gəncəyə getmişik baş verənləri araşdırmağa. Onu kimlər əhatə etməyib ki? Nemət, Aypara, Saday, Şadman, Əli Ömərov, Nüsrət və daha kimlər. Hələ bu bəs eləməyib, kənarda da əli avtomatlılar, üstəgəl də Almaniyadan da bir Mahmud. Surət Hüseynov da bir az gec gəldiyindən aramızda bir az diaoloq və dididşmə baş verir, komissiya üzvləri Surət Hüseynov gələndən sonra bir tərəfdə yalnız Mətləb və Mirmahmud əyləşir, qalan komissiya üzvləri keçib əyləşir Surətin dəstəsi ilə bir yerdə, bir cərgədə. Bu faktdır və kimsə dana bilməz bunu. Hətta Nemət orda tələb irəli sürür ki, arayış burada yazılacaq. Nəticədə komissiya çıxılmaza düşür. Hamı bir-birinin üzünə baxır. Hansı ki, bizdən qabağa da ordan gedib arayış yazdırıb gətirmişdilər. Mən komissiya üzvlərinin çaşqınlığını görüb deyirəm ki, istəyiniz arayışın burda yazılmasıdırsa bilin ki, o arayışı mən yazacam və bir səhifədən ibarət olacaq, yazılacaq ki, filan komisiyanın üzvləri filankəslər filan vaxt Gəncədə oldular və hərbi hissənin ərazisini araşdırdılar, filankəslərlə görüşdülər və bu görüşlərdə filan məsələlər müzakirə olundu və altına da imza qoyub verəcəm. Dedilər yox, arayış o cür olmur və s. Nemət də təkid edir ki, yox bu cür olmaz, belə olmalıdır və s. Surət Hüseynov da bir az könülsüz və sanki usanmış halda qayıdır ki, arayış əmioğlu dediyi kimidir. Bununla da biz komissiya olaraq bu gedişlə artıq hazır arayışın orada bizim imzalarımızla təzədən parlamentə gəlməsinin qarşısını aldıq.- Surət əmioğlu deyəndə kimi nəzərdə tuturdu?- O vaxt Surətin atası təzə rəhmətə getmişdi və adına Seyid Davud deyirdilər. Yəni məni nəzərdə tutaraq əmioğlu deyirdi. Bax komissiya orada bu şərtlər altında çalışırdı və avtomatçılar da hər zaman başımızın üstündə dayanırdılar. Bunların hamısı da lentə alınıb və arxivlərdə var. – Heydər Əliyevin yanında Surət Hüseynov sizi hədələyəndə komissiya üzvləri səslərini çıxarmadılarmı?- Heç kim dillənmədi. Bircə Mətləb səsini çıxardı və onda Surət qayıtdı ki, səni də həbs edəcəm. – Mətləb də heç nə demədi Surətə?- Daha Mətləb nə cavab verəcək ki? Artıq cavab haqqı da məndədir. Çünki Mətləbi də mənə görə həbs edəsidilər. Amma mən Gəncədə Surətin üzünə demişəm ki, sən burada – Gəncədə qəhrəmansan, amma Bakıya gedəndə sən ovucun içində olacaqsan. Tale elə gətirdi ki, bir il sonra oktyabr hadisələri zamanı “Azadlıq” meydanında tribunaya qalxarkən Surətin adamlarının necə tərksilah edildiyini gördük. Biz də ora gəlmişdik ki, “Demkonqres”in bəyanatını oxuyaq. Onda Surətin necə tərksilha edilərək yazıq duruma salındığını gördük. Sadəcə bir cığır açdılar və Surət Hüseynov bizə doğru gələndə “salam-əleykum, mən deyən oldu, ya olmadı?” deyərək salavat çevirdim ki, axı bir il öncə sənə demişdim ki, Bakıda səni nə gözləyir. Amma hələ ona bir il vardı və Gəncədə çox maraqlı oyunlar oynanılırdı və qiyam havası vardı hamının başında. İran İslam Cümhuriyyətinin səfiri vardı, Bakıda olmalı Nəhavəndian da təsəvvür edin ki, Gəncədəydi. Rus qoşunlarının Azərbaycanı tərk etdiyini bilirdik, amma Şerbak başının general dəstəsiylə hələ də Gəncədə meydan sulayırdı, səxavətlə Surət Hüseynova istədiyi silahları verirdi. Yəni Surət Hüseynov təkcə özü deyildi ki, onun daxildə də dəstəyi vardı. Təbii ki, həmin qiyamın nəticəsi bu gün də davam edir. Amma hələ də ona doğru-dürüst qiymət verilməyib deyə bu günədək o məsələ davam edir. Amma bu qiyamdan N qədər bəhrələnənlər də oldu. Komissiyanın üzvləri vardı ki, bizimlə bir yerdə Gəncədən qayıdıb Bakıya gəldilər, səhərisi gün təkrar Gəncəyə getdilər Heydər Əliyevlə birlikdə.- Sizdən başqa komissiya üzvlərinin hamısı bu və ya digər formada mükafatlandırıldı…- Onu elə də demək olar, amma hər halda mövqelər üst-üstə düşürdü deyə, burada bir qəbahətli məsələ görmürəm. Sadəcə olaraq siyasi mövqedir və zamandır, bizi söyən, əleyhimizə danışan, təhqir edən bu yolla balalarını dolandırırsa, vəzifə alırsa, buna normal da baxmaq olar ki, bir Azərbaycan ailəsi dolana bilir, iş yerin tapıb. Hamımız dünyamızı dəyişəcəyik, heç kim bu dünyanı tutub gedəsi deyil. Hərə də bu dünyada bir cür ad qoyub gedəcək, kimi rəhmətlə anılacaq, kimi lənətlə yad ediləcək. Sadəcə olaraq Gəncə qiyamı ilə bağlı həm komissiya üzvü olaraq, həm cəmiyyət olaraq, həm vətəndaş olaraq işlərimizi o qədər qarışdırıb, dolaşdırblar ki, ona görə də hər kəs məcbur qalıb ancaq və ancaq özünümüdafiəyə keçir ki, yox, mən o vaxt bunu belə elədim, bu cür dedim, belə etməsəydim belə olacaqdı və s. Hərbi tribunalın iclaslarının birindəki çıxışımda tribunalın sədri Oqtay Maqsudova İsa Qəmbər başda olmaqla ittiham edilənləri göstərərək dedim ki, sizin bu adamları mühakimə etməyə, ittiham etməyə nə siyasi, nə mənəvi, nə hüquqi haqqınız yoxdur, onları mən ittiham edə bilərəm. Bunu məhkəmədə demişəm və bu proseslərin də hamısının lentləri arxivlərdə qalacaq. Bir məqamı da xatırladım, komissiyanın araşdırması nəticəsində məlum oldu ki, 4 iyunda ölənlərin sayı 22 nəfəri keçmir, amma bundan 3 dəfə artıq təqdim olunurdu. Hətta ölənlərin sayı barədə 69 rəqəmindən danışılırdı və sanki cəmiyyətə mesaj verilirdi ki, 69 gəlir. Mən hələ bunu onda demişdim.  – Komissiyanın bir, onun sədri Mətləb Mütəllimlinin başqa mövqedə olmasıyla bağlı Aslan İsmayılovun açıqlaması da birmənalı qarşılanmadı. Nə baş verdi ki, mövqelərdə belə haçalanma oldu?- Yox, Mətləb Mütəllimli komissiyanın rəyini çatdırdı, xüsusi rəyini isə Surət Hüseynovla bağlı dedi. O komissiyanın yekun rəyini təqdim etməklə yanaşı özünün xüsusi rəyini də elan etdi və hətta tribunaya çıxış etməyə gedərkən də mənə yaxınlaşıb soruşdu ki, sən nə deyirsən bu barədə, mənim fikrimlə həmrəysənmi? Dedi ki, iki gündür Heydər Əliyevdən çıxış üçün razılıq almışdım, amma indiyə qədər söz ala bilmirdim. Bunu deyib gedib çıxış elədi. Yəni burada qeyri-adi bir şey yox idi. Aslan bəy müsahibədə deyir ki, mənim Mirmahmuda hörmətim var, amma hər şeyi danışmır. Amma belə deyil və mən nəyi bilmişəmsə, görmüşəmsə demişəm, utanacaq, çəkinəcək, gizlədiləcək heç nəyim olmayıb ki, nəyisə deyib, nəyisə saxlayam dar günə. Mənim Azərbaycanda hər kəsə, hətta tanımadıqlarıma belə hörmətim var, rastlaşdığm, təmsada olduğum adamların da hər birini Allah yaratdığına görə hörmət etmək borcumdur. Aslan İsmayılov deyir ki, bəziləri bir çox şeyləri ona görə ört-basdır edirlər ki, zibillərini gizlədirlər. Onda da bu hörmət olmur ki. Keçən dəfə sayt-da da qısaca da olsa demişdim bunu. Deyir ki, məni başa düşmür ki, niyə danışmıram. Mən deyiləsi, deyilməsi lazım olan hər şeyi demişdim.- Amma Aslan İsmayılov bu qənaətdədir ki, siz daha çox şey bilirsiniz…- Məsələ nədir. O şeyləri ki, biz söhbət əsnasında deyirik, onu efirə və ya saytlarda deməyin doğru olmadığı qənaətindəyəm. Məsələn, bizim komissiyada Dadaş Rzayev xüsusi şərt irəli sürür ki, mühafizəm təşkil olunmayana qədər komissiyanın dindirməsinə gələ bilmərəm. Bunun mühafizəsini təşkil etməyə nə var ki? Mən özüm iki avtomatçı götürüb getdim bir “Niva” maşınında evindən gətirdim. – Qorxusdundan gəlmək istəmirdi, yoxsa komissiyanı saymırdı?- Yox, yəqin ki, onun bildiyi elə şeylər vardı mən bilmirəm. Maraqlı budur ki, bu adam general ola-ola məndən soruşur ki, mən komissiyada nə deyim sizcə? – Aslan İsmayılov da deyir ki, Dadaş Rzayev ifadə verməkdən boyun qaçırdı və biz onu dindirə bilmədik.- Mən orasını bilmirəm. Mən onu götürüb gətirmişəm və səhv etmirəmsə ifadə də verib. Bildiyim odur ki, onun mühafizəsini şəxsən özüm təşkil etmişəm. Şirin Hacıkərimov adlı bir komissiya üzvümüz vardı. Həm millət vəkili idi, həm də məsələlərə özünəməxsus yanaşması vardı. Uzun müddət təhlükəsizlik orqanlarında işləmişdi, səhv etmirəmsə onda polkovnik idi, o hüquqi cəhətdən məsələlərə başqa aspektdən yanaşırdı. Biz Gəncəyə gedərkən də maraqlı situasiya ilə üzləşmişik. Bizi burdan Yevlaxa qədər polis maşınları müşayət edirdi, komissiya üzvləri demək olar ki, bir kiçik mikroavtobusada idi, maşında ratsiya da vardı. Birdən məlumat daxil oldu ki, burdan o tərəfə bizimkilər deyil. Təəccüb elədik ki, necə yəni, burdan o tərəfə Azərbaycan deyilmi? Dedilər burdan o tərəfə Bakının hakimiyyəti yoxdur və biz o tərəfə keçə bilmərik. Yevlaxın dörd yolundan o tərəfə komissiya belə deyək ki, Tahir Əliyevin rəhbərliyi altında yoluna davam elədi. – Tahir Əliyev dedi ki, burdan o tərəfə məsuliyyəti götürürəm öz üzərimə?- Yox, məsuliyyəti götürürəm, yox. Tahir zarafata salaraq getdik Gəncəyə çatdıq. Təsəvvür edin ki, Bakıdan gedən polis maşını Yevlaxdan o tərəfə bizi müşayət etməkdən imtina etdi ki, burdan o yana bizlik deyil. Xatırlatmaq istəyirəm ki, onda vəziyyət bu cür idi. Bu hələ harasıdır, o vaxt siyasi müxalifət də bütövlükdə qiyamı dəstəkləyirdi. Özü də təkcə bəyanatları və qərarları ilə deyil, hətta geyimləri ilə qiyamçılara dəstək ifadə edirdilər. Bilirsiniz, mənə qalsa bildirirəm ki, deyilməyən bir şey qalmadı və əslində 4 iyunla bağlı da hər şey aydın və ortada idi. Sadəcə Gəncədə qiyamı yatırmağa təşəbbüs olmadı. Təşəbbüs olsaydı Surəti zərərsizləşdirmək nə böyük iş idi ki. MTN – dən göndərilənlərin özləri Surətin adamlarına girov düşdü. Surət Hüseynov MTN-nin zabitinə tərəf əllərini uzadaraq qandallanmağına razılıq verir. Təsəvvür edin ki, onu həbs etməli olan zabit Surət Hüseynova hərbi qaydada salam verir və onu buraxır. İndi deyirlər guya həmin zabiti cəzalandırıblar. Vallah inanmıram ki, Sülhəddin bəy belə söz desin. Nə üçün? Ona görə ki, Sülhəddin bəyin artıq onu cəzalandırmaq imkanı yox idi. O da artıq həbs olunmuşdu. -Milli Qvardiyanın komandri olmuş Əzizağa Süleymanov deyir ki, bizi özümüzünkilər Surət Hüseynovun adamlarına təhvil verdilər. Ardı var…




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler