Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Her şeyi ehalinin üzerine qoymaq düzgün deyil”

15 Temmuz 2016

6:00 pm


15/07/2016 [21:58]: xeber –
Vahid Əhmədov: “Belə ağır vəziyyətdə lazımdır ki, hökumət çevik işləsin, çevik siyasət aparsın, çevik qərarlar versin”Elektrik enerjisinin qiymətinin artırılmasından danışan deputat Vahid Əhmədov belə deyir. sayt millət vəkilinin AzadlıqRadiosuna müsahibəsini təqdim edir:– Elektrik enerjisinin qiymətinin artırılmasına iki müstəvidən baxmaq lazımdır. Elə ondan başlayaq ki, niyə bu addım atıldı. Çünki son zamanlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, milli valyutanın məzənnədən düşməsi, bank sistemindəkı çatışmazlıqlar, manata olan tələbatın lazımi səviyyədə ödənilməməsi, qıtlıq yaradılması və s. kimi səbəblər hökuməti bu addımı atmağa məcbur etdi ki,. Əlbəttə, bu addımı atmamaq da olardı, əgər vaxtında digər tədbirlər həyata keçirilsəydi.– Söhbət hansı tədbirlərdən gedir?– Qeyri-neft sektorunun inkişafına nail olunsaydı, bu gün bu addıma ehtiyac qalmazdı. Dövlət başçısı 2004-cü ildə Azərbaycanda ərzaq təhlükəsizliyi və qeyri-neft sektorunun inkişafına diqqəti artırmaqla bağlı hökumət qarşısında məsələ qoymuşdu. Çox təəssüf ki, vaxt keçdi getdi, hökumət neft gəlirlərinə arxayın oldu, o üzdən böyük işlər görmədilər. İndi isə dünyada həm siyasi, həm iqtisadi baxımdan vəziyyət gərginləşib, bir tərəfdən də müharibələr. Bu vəziyyətdə neftin qiyməti də düşdü. Nəticədə Azərbaycanın gəlirləri də azaldı və belə bir durum yarandı. Məsələn, vaxtında elektrik enerjisinin istehsalı ilə bağlı alternativ variantlar üzərində düşünmədilər. Sumqayıtda yeni zavod tikilib, orda günəş panelləri istehsal olunur. Niyə yeni tikilən binalarda bu panellərdən istifadə etmirlər? Yəni variantlar var. Niyə külək, su enerjisindən, yəni alternativ enerjidən istifadə olunmur? Bütün dünya bu variantlardan istifadə edir. Hamı elektrik enerjisindən az istifadə etməyə çalışır. Vaxtında bu işlər görülməliydi ki, indi belə vəziyyət yaranmasın.– Sizcə, yaxın zamanda bahalanma gözlənirmi?– Elektrik enerjisinin qiymətinin 1 qəpik qaldırılması, əlbəttə, hər şeyə təsirini göstərəcək. Elə bir məhsul yoxdur ki, maya dəyərində elektrik enerjisi oturmasın. Müəyyən qədər qiymətlərə də, adi insanların vəziyyətinə təsirsiz ötüşməyəcək. Onların aylıq enerji tələbatına da təsirini göstərəcək. Hökumət ciddi addımlar atmalıdır ki, qiymətlərdə bir neçə dəfə artım olmasın, möhtəkirlər, sahibkarlar bundan sui-istifadə etməsinlər.– Qiymət nə qədər arta bilər? 20-30 faiz?– Hökumətin apardığı siyasətdən asılıdır. Çox qalxmaz, çünki devalvasiyadan sonra onsuz da qiymət qalxıb. Amma bəzi möhtəkirlər, sahibkarlar qiymət artımına gedə bilərlər.– Manatın devalvasiyasından sonra hökumət qiymət artımına nəzarəti artırmışdı. Sizcə, qiymətləri hara qədər nəzarətdə saxlamaq olar? Bu, nə dərəcədə realdır?– Hər bir hökumət əhalinin sosial vəziyyətini sabit saxlamağa çalışmalıdır. Alınan əməkhaqqı ilə zənbilin arasında uyğunluq olmalıdır. Hökumət də əsas buna nail olmağa çalışmalıdır. Mən bayaq da dedim, 2004-cü ildə məqsəd o idi ki, qeyri-neft sektoru inkişaf etdirilsin, amma buna yüksək vəziyyətdə nail ola bilmədik. İkincisi də, belə ağır vəziyyətdə lazımdır ki, hökumət çevik işləsin, çevik siyasət aparsın, çevik qərarlar versin. Çevik hökumət olmalıdır. Dərin islahatlar aparmaq lazımdır. Yəni hər şeyi əhalinin üzərinə qoymaq düzgün deyil.– İndiki hökumət sizin dediyiniz çevikliyi göstərə, qəti qərarlar verə bilərmi?– Mən buna inanmıram. Hər hökumət islahat apara bilməz. İslahat məsuliyyətli işdir. Çox təəssüf, mənim gördüyüm odur ki, bu islahatı prezident öz üzərinə götürüb, o aparmaq istəyir. Amma bunu hökumət aparmalıdır. İndiki halda, çevik hökumətə çox böyük ehtiyac var.– Bir sıra ekspertlər hesab edir ki, hökumət liberallaşmaya getməlidir. Xüsusən də borc içində çabalayan enerji sahəsində bu addımı atılmalıydı, bu zaman qiymət artımı da olmazdı.– Ümumiyyətlə, bütün sahələrdə liberallaşmaya getmək lazımdır. O cümlədən, yeni özəlləşdirməyə ehtiyac var. Neft sistemində də liberallaşma aparılmalıdır. Tarif Şurası qiymət artımını əsaslandıranda deyir ki, enerji sahəsində 18 min işçisi çalışır, bunların əməkhaqqı var və s. Fikirləşmək lazımdır ki, bu 18 min işçini saxlamağa ehtiyac varmı? Mən düşünürəm ki, “Azərenerji” bütünlükdə “Azərişıq”a verilməlidir.– Bir qədər əvvəl dediniz ki, hökumət hər şeyi vətəndaşların üzərinə qoymamalı idi. Sizcə, hökumət niyə asan yolu seçdi?– Buna asan yol demək olmaz. Başqa çıxış yolu olsaydı, hökumət bunu edərdi. Manat qıtlığı var, bank sistemində problemlər var. Sizi əmin edirəm ki, bank sistemi normal işləsə, problemlər həll olunardı. Ciddi problemdir bu.– Keçmiş həmkarınız Əli Əlirzayev deyir ki, əhalinin itkilərini kompensasiya etmək üçünəməkhaqqlarının, təqaüdlərin artırılması lazımdır. Siz nə düşünürsüz bu haqda?– Hökumət kompensasiya edəcəkdisə, niyə işığın qiymətini artırırdı? Ancaq Əli müəllimin ideyası düzdür ki, bəzi hallarda qiymət artanda kompensasiya edilir. Hər halda, buna hökumət baxacaq, kompensasiya verilsin, ya yox.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler