Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Her şey heyvanıstan idi…

05 Eylül 2016

9:16 pm


06/09/2016 [01:13]: xeber –
Səssiz insan… Səsli insan səssizliyə qərq olmuşdu. Sən demə, bu sükutdan onu kimsə xilas edə bilməyəcəkdi. Yanvarayı idi, hava elə də soyuq deyildi. Qara rəngli, üstü sarı naxışlarla işlənən qapı açıldı. Hündürboy, dolu bədənli,siqareti aramla çəkməyi sevən, əynində idman forması olan bir adam pilləkənlərdən ağır-ağır düşüb, təzəmənzilə daxil oldu. Əslində bu insanın hərəkətləri hər zaman cəld görünərdi. Bu gün isə tam başqaydı. Səsliinsan hər zamankının əksinə dəyişilib, səssiz olmuşdu.Sanki, dili tutulmuşdu, heç kimlə danışmaq istəmirdi. Sual dolu baxışlarla ətrafı seyr edir, nəyinsə başverəcəyini duyurdu. Amma hələ ki, susmağa məcbur idi. Əslində məhkum idi desəm, daha doğru olar. Evinpəncərəsi açıq idi. Sarı pərdələr yavaş-yavaş hərəkət edirdi. Səssiz insanın gözlərindəki suallara bundan sonrakim cavab verəcəkdi!? Heç kim… Elə suallar var ki, onların heç vaxt cavabı olmur. Ana, dizlərim sınıb, daha gəzə bilmirəm. Boşluqdayam. Çıxa bilmirəm bu boşluqdan! Kömək elə mənə, dizlərim sınır! Dayana bilmirəm! Başqa birdünyadayam, sanki! Boşluqdayam, ana!.. Ana onsuz da hər şeyi bilirdi. Bu günü dramatik notlarla başa vuracaqlarını da yaxşı anlayırdı. Məhz, bu gün bir ailə dramının ssenarisinin ilk səhifələrininyazılmasına xitam veriləcəkdi! Və beləcə saniyələr, dəqiqələr, saatlar, günlər, həftələr, aylar, illər keçdi!Hətta beş il oldu.Səssiz insan dizlərinin canağrıdan sızıltısından hələ də azad ola bilməyib. Onun qəlbindəkilərə, arzularınqapısına kimsə ağır, qara bir açar vurmuşdu, elə bil. Bayaqkı qapı kimi. Adam sadəcə cismani olaraq mövcudidi. Ruhunu axtara-axtara gəzirdi. Ən əsası, harda nə zaman və nə üçün itirdiyini yaxşı bilirdik. Amma biz dəona kömək edə bilmirdik. Səssiz adam yaşadığı mənəvi, psixolojı travmadan xilas yolu axtarırdı. Ruhunun zədəalıb, sındığını yaxşı bilirdi. Sındı. Onun ruhunun sındığı gün. Bir gün! Amma həyəcanının özündən əvvəl gəldiyigün!Dekabr ayı idi. Səhər saatlarında Atillanı yenidən əməliyyat edəcəkdilər. Bu gün son şansı idi. Artıq birillik ağrılara, əməliyyatlara son qoyulacaqdı.Saat 13:00…Mərkəzi Klinik Xəstəxanın dəhlizində insanlar orabura yürüyürdü. Hava da soyuq idi. Pəncərədən baxanda budaqların üstündəki yırğalanan yarpaqları açıq-aydın görmək mümkünüydü. Əməliyyatın cavabını səbirsizlikləgözləyirdilər. Və o an gəlib çatdı. Əməliyyat yarıda qaldı.Dəhlizdə ağ xalatlı həkim göründü: Məni bağışlayın! Xəstəni xilas edə bilmədim! Atilla həyata əlvida dedi… Oyeni dünyanın körpüsünə qədəm qoydu…Mələklər futbol oynamağı sevən, aktyorlarla dostluq etməyi bacaran, gün ərzində saysız-hesabsız siqaret çəkən Atillanı Tanrıya təhvil verirdilər… Atillanın atası əlində bir dəstə güllə oğlunu qarşılamağa gəlmişdi!Ev…Sükuta qərq olan mənzil…O məni tək qoyub gedə bilməz…Söz vermişdi!..…Səssiz insan için-için ağlayırdı…O, xəstəxanın şüşələrini qırıq-qırıq etmişdi. İnsan, bəzən damarlarından axan isti qanla sakitləşir. Bu gün qan ağrı kəsici dərman kimi istifadə olunurdu. Və bununla da səsli insan, məhz həmin gün səssizliyə qovuşdu. Adam səssizliyi elə vurulmuşdu ki, qopa bilmirdi yüksək enerjidən. Bir qüvvə onu idarə edirdi!Ağır bir qüvvə, ruhunu sındıran qüvvə.…Mənzildəki əşyalar da səssizliyə qərq olmuşdu. Səssiz insanı xilas etmək üçün Türkiyəyə, İranagöndərdilər. Ulu Dağdan maraqlı şəkillər gəlirdi. Şəkillər, görüntü – bunlar diqqəti çəkirdi. Əslində şəkillərdə heçbir duyğu yox idi. Bəlkə səfər edər, bir balaca rahatlıq tapardı. Ruhu elə sarsılmışdı ki, səfərdən gələndən sonraşirin canına qıymağa cəhd etdi. Dostlarının, ailə üzvlərinin sayəsində intihar cəhdinin qarşısı alındı! Bizinsanlar cismani intiharın cəhdini ala bilərik! Aldıq da.Amma, hər şey heyvanıstan idi. Mənfi enerjinin gücü adamı insanlıq duyğusundan çıxarmışdı. Heyvanıstandeyincə gözlərim önündən bir insan keçdi.XX əsr.İngilis ədəbiyyatı…Şəxsiyyət…Zəka və ruhi ədalətsizlik…Yazıçı Corc Oruel……Keçmişi səsli, bu günü səssiz olan insan ruhu ilə savaşda idi. Ruhi intihar artıq öz işini çoxdan görmüşdü.Baş verən hadisələrin içindən keçdikdən sonra, hədisləri görməyə və hiss etməyə çalışdım. Bu insanı intihardanxilas etdiyimiz gün bizə nə verdi?! Bu insanın bu qədər əzab içində yaşaması özü üçün lazım idimi?! Dizlərisındığı gün səssiz insan qara bir enerjinin varlığından hər gün dənizin dibinə çökürdü. Biz insanlar onu cismaniintihardan xilas edib, hər gün, hər an, hər saat baş verən mənzərəyə tamaşa edirdik!İllər keçməsinə baxmayaraq mono-səhnə əsərinə baxış hələ də davam edir! Tarixi şəhərdəyəm.İstanbuldayam. Yol gedirəm. Bir sms gəldi.– Səni çox istəyirəm!..Bu son illər nələr yaşadığımı sən də görmüsən…Mən sənin tanıdığın insan deyiləm…İçimdəki heyvan məndən əl çəkmir…Gəl İstanbula…Gedək gəzək…Adalara gedərik… Bacını da gətir, gəl.Bəlkə bu səfər səni bir balaca sakitləşdirər…Bilirsən nə hiss edirəm? Elə bil içim bir bazardı… Bu bazara biribilməyərəkdən bir bomba qoyub, partladıb. Bazarda rəngli, səliqə ilə düzülən meyvələr param-parçadı.Ruhumu bərpa etməyə çalışıram… Anlayırsan məni!?!– Əlbəttə anlayıram!– Keçmişi unutmağa çalış… Sabaha bax…Sənəsadəcə zaman lazımdı…Nigar İsmayılqızı07.07.2015 (saat 13:30) İstanbul-Ortaköy-Kuru kənd


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler