Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Her seher tüksüz başına baxıb ağlayırsan” – Xerçeng olan aparıcı

02 Ekim 2016

11:08 am


02/10/2016 [15:07]: xeber –
İllərdir xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zümrüd Qasımova İnstaqram hesabında keçəl halda çəkilmiş fotosunu paylaşıb.sayt-ın məlumatına görə, aparıcı şəkli məhz bu xəstəliyə düçar olan qadınlar üçün paylaşdığını bildirib:“Hər gün yüzlərlə qadın mənə müraciət edir ki, saçlar sonradan bərpa olurmu? Hər şey əvvəlki kimi olurmu? Bəli, əzizlərim, saç da qayıdır, hər şey əvvəlkindən də gözəl olur. Qorxmayın, vaxtında həkimə gedin. Xəstəlik erkən aşkar olunanda sağalırsan və sevdiklərinin yanında olursan. Mübariz olun, həyat dolu olun, özünüzü sevin və özünüzə inanın.Mən sizin hər birinizi anlayıram. Ximiyanı qəbul edəndən sonra günlərlə qaytarırsan, əsəbləşirsən, qışqırırsan, ağlayırsan… Radioterapiya edəndə yandığından əziyyət çəkirsən, özünə baxa bilmirsən… Hər səhər tüksüz başına baxıb ağlayırsan… Amma gözəl və güclü xanımlar, sonda sağalırsız. Həyat gözəldi, yaşamağa dəyər. Hər şey keçir. Özünüzü sevin, bu da bir sınaqdır. Ən ağır gününüzdə belə qırmızı dodaq boyası vurmağı unutmayın. Mən yaşadıqlarıma baxmayaraq çox xoşbəxtəm. Allaha sığının”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler