Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Her kesin bir Şeytan yoldaşı var – Cüme behsleri…

30 Eylül 2016

5:56 am


30/09/2016 [09:51]: xeber –
İslama, eləcə də digər səmavi dinlərə görə, hər bir insanı ömrü boyu bir şeytan müşayət edir. Peyğəmbər(s) səhabələrindən Abdullah İbn Məsud Məhəmməd əleyhissəlamın bir dəfə belə söylədiyini deyir:”Sizin hər birinizin   cin və mələklərdən iki ayrılmaz yoldaşı var”. “Sizin də şeytan yoldaşınız var, ya Peyğəmbər?”- deyə səhabələr soruşurlar.  “Bəli, mənim də şeytan yoldaşım var. Ancaq Allah mənə onu ələ almağa kömək edib. O, İslamı qəbul edib və məni ancaq xeyir işlərə sövq edir”- deyə Allahın rəsulu cavab verir.Dinimizdə Şeytanın vəsvəsələriylə sınağa çəkilən, ancaq ona təslim olmayan, Allahın doğru yoluyla gedən insanlar mələklərdən də üstün sayılırlar. Və əgər  nəfs vasitəsilə sınaqlar və Adəm əhlini yoldan sapdıran Şeytan olmasaydı,  insan da mələklər kimi yalnız müəyyən olummuş  ali səviyyədə qalardı. Ancaq Yaradan bizi  yer üzünə imtahan üçün gətirib. Bu baxımdan Şeytanın sınağa tab gətirməyən iradəsiz  insanlar arasında öz ardıcılları var ki, onu özlərinə köməkçi və himayədarı sayırlar. Şeytan insanın onu məhv etməyə çalışan əsas düşməni olsa da, belələri onun ardınca addımbaaddım gəzir, onun baxışların bölüşür, bir sözlə, Cəhənnəmin bu ilk sakininin yoluyla gedirlər.Ağlı başında olan insanın öz düşmənini himayədarı kimi qəbul etməsi iyrənc bir davranışdır. Belə insanlar Şeytanın əlaltısıdırlar. Şeytan onları minik heyvanı, nökər, əsgər və s. kimi istifadə edərək öz planlarını həyata keçirir və qarşısına qoyduğu məqsədlərə çatır…Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler