Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Her gün belini bankalatdı, sonda…

24 Haziran 2016

5:16 am


24/06/2016 [09:15]: xeber –
“Daily Mail” qəzetində yer alan xəbərə görə, Çində bir adam hər gün belini bankalatdığı üçün belində deşiklər yaranıb. 63 yaşındaki Li Lin adlı adam bu üsuldan istifadə edərsə, bunun donmuş belinə yaxşı təsir edəcəyini düşünüb. Son 1 ayda hər gün belini bankalatdığı üçünsə bu, ciddi fəsadlara səbəb olub. Seansların hər birində bankalar ayrı-ayrı yerlərə yerləşdirilib. Son 10 gündə bankarın yerində qabarcıqlar yaranmağa başlayıb. Li müalicəyə son vermək əvəzinə belinə yağla masaj edilməsini istəyib. Getdiyi son seansdan qayıdanda özünü pis hiss edən və qızdırması qalxan adam dərhal xəstəxanaya gedib. Xie Liang adlı həkim isə bildirib ki, Li təcili yardıma gələndə qızdırması 37.7 dərəcə olub və beli tamamən şişib. Müayinə nəticəsində isə bədənində bakterial infeksiya tapılıb. Həkimlər deyib ki, əgər kişi dərhal xəstəxanaya gəlmək əvəzinə, belini bankalatdırmağa davam etsəydi, qan zəhərlənməsi ilə qarşılaşa bilərdi. Hazırda Linin həyati təhlükəsi yoxdur və vəziyyəti də yaxşılaşmağa doğru gedir. Həkimlər deyir ki, belin bankalanması dəridə yanığa və infeksiyaya səbəb olduğu üçün hər dəfə fərqli nöqtələrə qoydurmaq lazımdır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler