Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Hemin meqalede yazılmayıb ki, Telli Borçalı cinayetkardır…”

03 Temmuz 2016

8:52 am


03/07/2016 [12:51]: xeber –
Bir müddət öncə Ölkə.az saytında Aşıq Telli Borçalının özündən 17 yaş kiçik sevgilisi olduğu haqqında, bu günlərdə isə Telli Borçalının keçmiş MTN generalı Akif Çovdarovla dostluq münasibətləri səbəbiylə istintaqa dəvət olunmasıyla bağlı xəbərlər yazılmışdı.Dünən Aşıq Telli Borçalı sayt-a açıqlamasında adıçəkilən sayt haqqında ittihamlar səsləndirdi. Haqqında həqiqətə uyğun olmayan xəbərləri yaydıqlarına görə saytın rəhbərliyinin ondan üzr istəməli olduğunu bildirdi. Üzr istəməyəcəkləri təqdirdə isə saytı məhkəməyə verəcəyini vurğuladı.Görəsən, sayt rəhbərliyi Telli Borçalıdan üzr istəyəcəkmi, yoxsa aşığı bir müddət toyxanalarda deyil, məhkəmə qapılarında görməli olacağıq? sayt həmin saytla əlaqə saxlayaraq Telli Borçalıdan üzr istəyib, istəməyəcəklərini öyrənməyə çalışıb. Saytın əməkdaşı İntiqam Valehoğlunun fikirlərindən belə çıxıb ki, onlar Telli Borçalı ilə məhkəmədə görüşməyə hazırdılar: “Birincisi, məhkəmə hər kəsin hüququdur, eləcə də Telli Borçalının. Məhkəməyə verəcəm deyib qorxutmaq isə gülməlidir. İkincisi, o yazıda yazılmayıb ki, Telli Borçalı cinayətkardır. Polisə hər adam çağırıla bilər, hər hansı bir məsələ ilə bağlı ifadə vermək üçün, şahid qismində və s. İşin maraqlı bir tərəfi də odur ki, Telli Borçalı günahsızdırsa, niyə Gürcüstandan xəbər göndərir? Telli ümumiyyətlə Gürcüstan vətəndaşıdır, burada hansı yolla, hansı formada yaşayır, işləyir bilmirik. Bax bu məsələnin aydınlaşdırılması çox yaxşı olardı”. Qeyd edək ki, dünən Telli Borçalı sayt-ın əməkdaşı ilə Gürcüstanda deyil, elə Bakıda görüşüb və məlum  açıqlamanı verib. Həmin açıqlamanı bu linkdən oxumaq olar— moderator.az/news/143156.htmlRumiyyə




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler