Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Hemin gün dizlerini yere atıb uşaqları bağırına basdı” – Şehid pilotun heyat yoldaşı

21 Temmuz 2016

5:16 am


21/07/2016 [09:12]: xeber –
Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş pilotlarımızdan biri də mayor Vəlizadə Urfan Üzeyir oğludu. Biz də sayt olaraq şəhidin ailəsi ilə görüşüb, şəhid pilotun döyüş yolunu varaqladıq.Həyat yoldaşı Könül xanım Urfansız iki körpə qız uşaqları ilə çox darıxdığını deyir:“Biz sinif yoldaşı olmuşuq…”“Bizim ailə Türkmənistanda yaşayıb. Ona görə də mən və qardaşlarım Türkmənistanda doğulmuşuq. Bakıya qayıdanda Nizami rayonunda yerləşən 210 saylı məktəbin onuncu sinifində oxuyurdum. Urfan sinif yoldaşım idi, elə o vaxtdan Urfan öz sinif yoldaşları və müəllimləri qarşısında hörmət qazanmışdı. İkimiz də həkim olmaq istəyirdik. Amma, qismət olmadı. Urfan orta məktəbi bitirdikdən sonra Türkiyəyə oxumağa getdi. Mən isə Bakı Slavyan Universitetinin filologiya fakulitəsinə qəbul olundum.“Səkkiz il sonra qarşılaşdıq…”Səkkiz il sonra Urfanla rastlaşdıq. Nişanlandıq və 2006 – cı ildə toyumuz oldu. Urfan həmin vaxtı Kürdəmirdə xidmət edirdi. Mənə dedi ki: “Könül, səni Kürdəmirə apara bilmərəm. Yerimi dəyişib Qala qəsəbəsinə gələcəm ki, evə gəlib – gedə bilim”. Elə də oldu. Urfan Qala qəsəbəsində göndəriş aldı və orada işləməyə başladı. Bu il evliliyimizin on illiyi tamam olacaqdı, amma qismət olmadı. (Ağlayır). Mən inana bilmirəm ki, o ölüb. Heç vaxt hərbiçi olmağını mənə hiss elətdirmirdi. Uçuşlar edəndə həmişə qorxumdan ağlayırdım.Amma, ailə qurandan sonra Urfan məni işləməyə qoymadı. Deyirdi ki: “Mən öləndən sonra işləyərsən. Sən ancaq uşaqlara bax”. Bu sözə görə çox pis olurdum. Deyirdim ki, Urfan, bu nə sözdü mənə deyirsən.“Kirayədə yaşayırdıq…”Urfan çox ailəcanlı bir adam idi. Bir – birimizi çox sevirdik. Heç vaxt xətrimə dəyməyib bu evdə. Atasıgildən ayrılandan sonra kirayədə yaşayırdıq. Birlikdə pilotlara yaddaş kitabçası tərtib etmişdik. İndi gənc pilotların hər birində o kitabçadan var. Martın 23 – də gəlib kiçik qızım Betula ad günü keçirdi. Məzuniyyətdə olduğu üçün hələ çıxıb şəhərdə də bizi gəzdirdi. Martın 31 – də mənə dedi ki, çantamı hazırla. Mən də çantasını hazırladım. Həmin gün dizlərini yerə atım uşaqları bağrına basıb öpdü, qoxladı. Sonra mənimlə də görüşdü və getdi. Aprelin 2 – də səhər saat 9:30 – da telefonla danışdı. Mənə dedi ki: “Kürdəmirdəyəm”. Amma, sən demə cəbhədəymiş. Sonra xəbər çıxdı ki, helikopteri vurublar. (Ağlayır). Biz hələ də başa düşə bilmirik ki, Urfan necə şəhid olub. Bizə qırx gündə, qırx dənə versiyə dedilər.Kirayə yaşadığımız üçün bizə iki otaqlı ev verdilər. Amma, bu bizim ailə üçün çatmır. Mən xahiş etmişdim ki, heç olmasa bizə üç otaqlı mənzil versinlər. Söz verdilər amma, əməl edən olmadı. İstəyirdik ki, Urfanın bitirdiyi 210 saylı məktəbə onun adı verilsin. Nizami rayon icra hakimiyyəti söz verdi ki, Urfanın adının əbədiləşdirilməsi üçün onun adına küçə verəcək. Amma, hələ ki, gözləyirik”.Könül xanımın anası Qətibə xanım da Urfanın onlar üçün bir kürəkən yox, bir oğul olduğunu deyir:“Urfan çox yaxşı oğlan olub. Bu vaxta qədər biz ondan zərrə qədər inciməmişik. Qızım nə istəsə idi, onu alıb gətirərdi. Çox yaxşı ata idi, çox yaxşı kürəkən idi. Urfanın ölümü mənə öz yaxınlarımın ölümünü unutdurdu. (Ağlayır). Aprelin 2 – də evə gələcəkdi. Həmin gün mənim ad günüm idi. Dedi ki: “Gözləyin, tortu özüm alıb gətirəcəm”. Amma, qismət olmadı”.Könül xanımın atası Nəriman dayı da çox pis durumdadı. Biz Urfandan danışdıqca o ağlayırdı. Bizə bircə sözü bu oldu: “Urfansız içim yanır. O, başqa cür oğul idi. Həmişə işdən gələndə mənə dəyib sonra evinə gedərdi”. (Ağlayır).Pilotumuzun səkkiz yaşlı qızı Zəhranın danışdıqları isə adama daha çox pis təsir edir:“Mən inanmıram ki, atam ölüb. Mən indi pul qabıma hər gün pul toplayıram. Nə vaxtsa atamı tapanda, əgər atamı bizə vermək üçün pul istəsələr, mən bu pulları verib atamı geri alacam. Atam ya Allahın yanındadı, ya da hardasa uzaqdadı gələcək”.Şəhid pilotumuzun ikinci qızı Betul isə yaş yarımlıqdı. İndi o, atasını ancaq rəsmlərlə xatırlaya bilir.Sonda şəhidimizin ailəsinə başsağlığı verib oradan ayrıldıq. Allah şəhidlərimizə rəhmət eləsin.Vasif Əlihüseyn




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler