Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Hekimlerimiz xaricde müalice olunursa, başqa söze ehtiyac yoxdur” – Hafiz Hacıyev

22 Temmuz 2016

1:28 pm


22/07/2016 [17:26]: xeber –
Bu yaxınlarda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Admiral.az-a müsahibə vermişdi. Mövzu təhsillə bağlı idi. Əslində bu mövzuda ona müraciət etməyimizin iki səbəbi vardı: 3 dəfə prezidentliyə namizəd olması və sosial problemləri çəkinmədən, gözünə mənafe maraqları qatmadan qabarda bilməsi. Müsahibə oxucular arasında geniş müzkirələrə səbəb oldu. Hətta mətbuatda yazılanlara münasibət bildirməyən bəzi məmurlar belə reaksiya verməyə başladılar. Maraqlı tərəflərdən biri isə budur ki, bütün reaksiyalar müsbət idi. İstər sıravi vətəndaş, istər də məmurlar səsləndirilən fikirlərə haqq qazandırdılar. Bir çoxu da qeyd edirdi ki, həmişə prezidentə demək istədiyimiz fikirləri Hafiz Hacıyev səsləndirdi.- Başlayaq yenə də ölkənin əsas sütunu olan təhsilimizdən. Müsbətə doğru bir irəliləyiş varmı?- Təhsilimizdə bağçaya və məktəbə qəbuldan tutmuş, universiteti bitirib işə düzəlməyə qədər olan problemlər bitmək bilmir. Xalq bundan çox şikayət edir. Son günlər nurçu dalğası altında “Qafqaz” Universitetinin bağlanması aktual məsələdir. Bu gün Azərbaycanda bəzi məmurlar xalqı gələcəkdə bütün dünyadan təcrid etməkdən ötrü təhsili məhv etmək siyasəti yürüdürlər. Bu da mənim qardaşımı – cənab prezidenti istəməyən qüvvələrin işidir. Bu gün ana dilindən imtahan verən şagirdlər “2” alırsa, öz dilini bilmirsə, bu bizim bədbəxtliyimizdir. Faciə haradan başlayır?! İnsanların təhsili olmayanda, maariflənmədən kənarda qalanda, dünyada gedən prosesləri, öz tarixini bilməyəndə həmin insanlar bədbəxt olur. Bizim hakimiyyətimizin daxilində də çox böyük qüvvə var ki, bu gün ən həssas yerdən Azərbaycan xalqına zərbə vururlar. O insanlar ki, onlar azərbaycanlı deyillər. Onların bizim düşmənlərimizlə qarışığı var. Ötən dəfə müsahibədən sonra mənə müəyyən yerlərdən zənglər gəldi ki, niyə nöqsanları deyirsən. Axı təhsil hər birimizin ağrıyan yerimizdir. Mikayıl müəllim çox yaxşı insandır, təhsilini xaricdə bitirib, savadlı kadrdır, amma onu işləməyə qoymurlar. Mikayıl Cabbarova o qədər sifariş verirlər ki, heç bəlkə də özünü toplayıb o sifarişlərə cavab verə bilmir. Təhsil Nazirliyinə elə kadrlar göndərilib ki, onların hamısı xalqın gözündən düşmüş, universitetlərdən qovulmuş, rüşvət almış, xalqa xəyanət edən insanlardır. Bəzən mən xəyanət deyəndə, deyirlər ki, hansı xəyanət? Təhsilimiz batırsa, ən rüşvətxor adamı ora göndərirlərsə, həmin şəxsə görə milyonlarla insan dövlət başçısını qınayırsa, bundan böyük xəyanət olarmı? Xəyanət o demək deyil ki, kimsə kimisə öldürsün. Dövlət başçısı qorunur, qorunacaq da. Qorumasalar da, biz canımızı qoyub qoruyuruq. Prezidentimizin yolunda mən bu gün ölməyə də hazıram.Təhsil Nazirliyində nurçular var və bunu gizlətmək düzgün deyil. Onlarla əlaqəli olanlar var. Dövlət başçısına planlı şəkildə xəyanət edib, xalqın gözündən salmaq istəyən qüvvələrin böyük bir qismi bu gün Təhsil Nazirliyində, Səhiyyə Nazirliyində və digər orqanlarda cəmləşiblər. Bu da Azərbaycan təhsilini, xalqını ruhdan salır, dövlətə inamı azaldır. Hamı deyir ki, prezident hara baxır? Amma heç kim demir ki, naziri məcbur edərək, adını yaza bilməyənləri bu gün kolleclərə direktor qoyurlarsa, xaricdə oxuyub gələn tələbədən 10 min manat rüşvət alıb diplomunun tanınmasını təmin edirlərsə, bu, xalqımıza, dövlətimizə xəyanətdir.Təhsil Nazirliyinin tərkibində Təhsilin Keyfiyyətinə Nəzarət üzrə Akreditasiya və Nostrifikasiya İdarəsinə Samir Vəliyev rəhbər təyin olunub. Həmin Samir Vəliyev Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğludur. Samir Vəliyev Odlar Yurdu universitetində həm prorektor, həm də atası Əhməd Vəliyevin pul yığanı, yəni belə deyək, “kassiri” idi. Onu yarıtmaz fəaliyyətinə görə işdən çıxartdılar, sonra Mikayıl Cabbarova müşavir təyin etdilər. Ay qurban olum, bu uğurlu bir adam olsa, müşavir təyin edilsin də. Sonra nazir onu işdən çıxardı, səhəri gün hansısa qüvvələr onu nazirliyin “Peşə və orta ixtisas təhsili məktəbləri” sektoruna müdir təyin etdilər. Yenə də Mikayıl Cabbarov onu yarıtmaz fəaliyyətinə görə işdən kənarlaşdırdı. İndi də Samir Vəliyevi Akkreditasiya və Nostrifikasiya İdarəsinə müdir qoyublar. Xaricdə nə qədər oxuyan tələbə varsa, hamısının diplomunun təsdiqi məsələsinə bu baxır. Sən özün savadsız və korrupsioner bir adam, xaricdə təhsil almış birinin biliklərini necə yoxlaya bilərsən? Özü də hər yerdə danışırlar və şikayət edirlər ki, 10 min manat rüşvət istəyir. Bu şikayətçilərin Samir Vəliyevlə bir ədavəti yoxdur axı. Bunun biri yalan desin, ikisi yalan desin, bütün xalq yalan deyəsi deyil ki. Hətta çox yerdə danışırlar ki, Samir Vəliyev və nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev nurçularla əlaqəli adamlardır. Onlara pul buraxırlar. Ümumiyyətlə Mikayıl Cabbarova imkan verməlidirlər ki, o cür strateji postlara nazirlikdə çalışan ləyaqətli və peşəkar insanları təyin etsin. Bütün bunları edənlər İlham Əliyevə yaxşı bəllidir. Qardaşıma xəyanət edənlər yuxarı və aşağı mərtəbələrdədir.- Nurçular demişkən, onlara dəstək varmı?- Bəli, nurçulara çox böyük dəstək var. Nurçular təhsil və digər sahələrdə cəmləşib. Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov Prezident Adminstrasiyasında şöbə müdiri idi. O, nurçuların başında dayanan insanlardan biri idi. O, prezidentə qarşı çox böyük şəxsiyyətsizlik etdi. Ona himayədarlıq edənlərdən bəziləri yenə də administrasiyadadır. Onu şöbə müdirliyindən çıxarıb Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müəyyən bir vəzifəyə təyin etdilər. İndi də ABŞ-a oxumaq adı ilə gedib, qardaş Türkiyə xalqına qarşı çevrilişdə ittiham edilən “dayısı” Fətullah Gülənin yanında oturub. Bayaq dediyim Təhsil Nazirliyindəki Yaqub Piriyev Elnur Aslanovun bacanağıdır. Görün nazirlik nə günə düşüb. Elnur Aslanovun nə qədər yüksək vəzifələrdə oturan dostları var. Prezidentin də onunla dostluq, qardaşlıq edənlərin hər birini seçib, təmizləməyə vaxtı yoxdur. Ona görə də, təhsilimiz bu gündədir. Mən Mikayıl Cabbarovu günahlandırmıram. Mikayıl Cabbarov cavan kadrdır, savadlı insandır. Onun ətrafına o qədər çirklənmiş, o qədər dövlətə xəyanət etmiş şəxsləri sırıyıblar ki, özü bu işdən çıxa bilmir. Dünən universitetdən qovulan şəxsin bu gün nazirin müşaviri postunda nə işi var?!Rayon təşkilatlarımın sədrləri mütəmadi mənimlə görüşürlər. Onların rayonlarda baş verənlərlə bağlı şikayətlərini mən prezidentə çatdırıram. Mən 20 ildir ki, dövlətçilik üçün həyatımı qurban vermişəm. İndi prezidentə xəyanət edənlər, nurçular daha hörmətlidir, amma onun qardaşı Hafiz Hacıyevə böyük təpkilər var. Mənə deyirlər ki, sənin nə işinə qalıb? Ölkə dağılır, qoy, dağılsın. Bu qədər vicdansızlıq, nanəciblik olmaz. Ehtiyac vardımı işığın, suyun qiymətini 1 qəpik qaldırmağa. Təbii ki, yox idi. Ehtiyac var idimi ki, hansısa məmur gedib villalarının sayını artırsın. Gərək siyahı verək ki, hansı məmurun Türkiyədə, Böyük Britaniyada və digər ölkələrdə nə qədər fahişəsi var?! Həqiqəti deyən saytlar vasitəsilə bu gün ictimaiyyətin dediyi fikirləri prezidentə çatdırmalıyıq. Çünki İlham Əliyev də deyib ki, mənim köməkçilərim mənə məlumatları tam düzgün çatdırmır. Ona görə də, biz ona kömək etməliyik. Prezidentin qəbuluna girəndə pencəyinin bütün düymələrini bağlayıb, çıxanda başqa fikirlər deyənlər bilməlidir ki, Hafiz Hacıyev kimi doğruları deyənlər var və bizim kimi şəxslər prezidentə doğruları deyir. Bunu Fatma Abdullazadə də deyir ki, biz normal, savadlı tələbə tapa bilmirik. Ona görə də, keçid ballarını xeyli aşağı salıblar. Təhsilimiz çox pis günə düşüb.- Eyni zamanda, bir sıra rektor postları da boşdur.- Bəli, boşdur. Çünki o sahəyə baxan məmurları ancaq pul maraqlandırır. Onların nəinki özləri, həmçinin qohum-əqrəbası da xarici ölkələrdə villalarda yaşayır. Ona görə də, düşünürəm ki, həyəcan təbili çalmaq lazımdır. Mikayıl müəllim də qorxmamalıdır. Prezidentə sözünü deməlidir ki, cəmiyyətdə ən yararsız, rüşvətxor şəxsləri mənim yanıma müşavir göndərirlər. Mikayıl Cabbarov bunu etsə, cəmiyyətdə nüfuzu da artacaq. Əks halda Azərbaycan təhsilinin can verməsi Mikayıl Cabbarovun adına yazılacaq və tarixdə onun adına bağlanacaq. Cəsarətli olmalıdır.- Növbəti sualımız üç hərfdən ibarətdir: ANS- ANS Azərbaycanda fərqli bir kanaldır. Xalq bir çox məlumatları bu kanaldan alır. Amma ANS də gərək, yanlışlığa yol verməsin. Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Türkiyə bizimlə qardaş, ən dar günümüzdə əlini uzadan dövlətdir. ANS TV-nin Türkiyədə milləti tankların altında əzdirən adama mikrofon uzatması düzgün deyil. Qənirə Ataşovanın gedib o qocadan müsahibə alması yersizdir. Mənim ANS-ə böyük hörmətim var, amma rəhbərlik, şəxsən Vahid Mustafayev kimə mikrafon uzatmağı düşünməli idi. Arzu edərdim ki, ANS televiziyası tezliklə açılsın və orada xalqın fikirləri yenidən çatdırılsın.Düşünürəm ki, burada da böyük xəyanətlər var. Gəlin açıq danışaq. Vahid Mustafayevin xaricdəki gedişatlarını qoyaq bir kənara, bəzən bu kanal bəzi məsələlərdə prezidentə kömək etmək, düzgün informasiyaları dövlət başçısına çatdırmaq istəyirdi. Amma bizim cəmiyyətdə, hakimiyyətdə elə qüvvələr var ki, istəmirlər prezident ölkədə olan həqiqətləri bilsin. ANS nə AzTV deyil, nə də Lider TV deyil. ANS-i nə qədər sıxsalar da, həqiqətləri bir yolla sızdıra bilirdi. Bu baxımdan ANS-i istəməyən qüvvələr çoxdur və kanal rəhbərliyi də sayıqlığı əldən verməməli idi. İndi kanalı da bağladılar ki, qoy, prezident ətrafında olan bir neçə məmurdan informasiya alsın. Həmin məmurlar ki, bu gün informasiya vermirlər. Yüz faiz əmin ola bilərsiniz ki, onların prezidentə verdiyi məlumatlar yalandır. Azərbaycanda orta aylıq əmək haqqısı 270 manat olan əhalinin işıq, su pulunu qaldırmağa ehtiyac varmı? Kimin vicdanı varsa, prezidentə kömək etməlidir. Prezidentimiz demokratik, humanist insandır. İstərdim ki, öz humanistliyini ANS məsələsində də göstərsin. ANS TV-də Mir Şahin Ağayev kimi savadlı insan var və o, baş verənlərə görə xalqdan üzr istəyib və Qənirə Ataşovanın da səhvini öz üzərinə götürüb. Qardaşım (İlham Əliyev – Red.) bilsin ki, ANS haqqında deyilənlərin çoxu doğru deyil. Onu istəməyənlər zaman axtarırdılar ki, ANS-i boğsunlar.- Sizcə, prezidenti vitse-prezident vəzifəsini yaratmağa nə vadar edir?- Prezident özü də görür ki, ölkədə idarəçilik sistemi dalana dirənib. Maliyyə məsələlərilə əlaqədar yeni qurum yaradıldı və sədr olaraq, Baş nazir təyin edildi. Onsuz da, Baş nazirin səlahiyyəti vardı və o işi görə bilərdi, amma görə bilmir. Prezident istəyir ki, xalqı üçün nələrsə etsin, amma ətrafı kilidləşib və imkan vermirlər. Buna görə də, vitse-prezidentlik vəzifəsini yaratdı. Bu vəzifəyə mənim kimi etibarlı şəxs təyin olunsa, prezidentə çox böyük kömək edərəm. Sözün düzünü deyər, qərəzli münasibət bəsləməz, heç bir məmurun xahişi ilə işləmərəm. Prezident də istəyir ki, ətrafında sağlam qüvvələr olsun. Bu vəzifəyə də “qocalar evi”ndən sədr təyin edilsə, yararsız olacaq. Stalin əvvəl lazımlı kadrı tapırdı, daha sonra ona uyğun struktur yaradırdı. Adicə bunu götürək ki, özünə alim deyən Cəmil Həsənliyə o qədər faktları kim vermişdi? Yuxarıda oturan ən böyük məmurlar.- Azərbaycan müxalifəti sağdırmı?- Sağ deyil. Müxalifətimiz iylənib, çürüyüb. Məndən radikal, xalqın dərdinə yanan, onları çatdıran insan yoxdur. Biz müxalifət olaraq, gecə vaxtı Türkiyədə baş verən hadisələr zamanı prezident Ərdoğanın yanında olduğumuzu bildirdik, bəyanat yaydıq. Amma vaxtilə “mənəm-mənəm” deyən Qəmbərov İsalar, Kərimov Əlilər, Həsənli Cəmillər yalandan demokratiya pərdəsi altında və kök salmış Eldar Mahmudovun rəhbərliyi altında fəaliyyət göstərirdilər. Devalvasiya oldu, müxalifət dediyimiz adamlar səsini çıxarmadı. Mən çıxıb televiziyada da, mediada da dedim ki, kreditlər məsələsi həll olunsun.- Olmazmı ki, məmurlar yığdıqları pulları “barter” edib, əhalinin borclarını bağlasınlar?- Ölkədə nazirlər, komitə sədrləri çoxdur. Onların hərəsi bircə milyard qoysaydı, əlavə saxladığı xanımların 1 aylıq pullarını verməsəydilər, birgə fond yaradılsaydı, ölkəmizdə devalvasiya olmazdı. Görürsünüz, onlardan heç biri bu dar gündə prezidentə kömək etmədi. Kasıb təbəqədir, gedib kreditlə özünə televizor, soyuducu alır, amma borcunu ödəyə bilmir. Onun pulunu ödəmək nə qədər problemli məsələdir ki?! Jest edib deyərdilər ki, cənab prezident, biz istəmədik ki, səni bu gün tək qoyaq və biz bu problemli kreditləri ödəyirik. Xalq da sizdən razı qalsın. Amma bunun əksinə, harada ağrılı yerimiz var, ora duz basırlar.- Kreditlər demiş, son zamanlar sosial şəbəkələrdə və saytlarda bir məsələ çox qabardılır. Banklardan aprelin əvvəlində “dördgünlük” döyüşlərdə şəhid olanların ailələrinə zəng edilir və bildirilir ki, kreditlər mütləq ödənilməlidir. Nə olsun ki, onlar şəhid olub. Kredit heç nəyə baxmır, vaxtı çatdı, ödəməlisən. Bu məsələ ilə bağlı nə düşünürsünüz?- Bəli, bu haqda çox görmüşəm, eşitmişəm. Bunu eşidəndən sonra özümü çox pis hiss eləmişəm. İnsanların qan pulunu ödəmirlər. Bu cür vicdansızlıq olarmı? Mehriban xanım Əliyeva onlara xeyli yardım göstərdi. Heç olmasa, Mehriban xanımdan nümunə götürsünlər. Bəs, səhərdən axşama kimi televiziyalarda müsahibə verən məmurlarımız hara baxır? Haradadır millət vəkillərimiz? Belə vəziyyəti görəndən sonra yenidən müharibə olsa, kim gedəcək döyüşə? Kim gedib şəhid olacaq? Bu ərəfədə gördünüzmü ki, hər hansı məmurun beşinci, onuncu dərəcəli qohumu şəhid olsun? Hamısı xaricdədir, orada kortejlərlə gəzirlər. Prezidentimiz, ümummilli lider Heydər Əliyevin sayəsində vəzifəyə gələnlər istəyir ki, ölkədə qarışıqlıq olsun və yığdıqları pullarla aradan çıxsınlar. Əvvəllər dəmriyolu çox pis vəziyyətdə idi. Cavid Qurbanov rəhbər təyin olunandan sonra böyük irəliləyiş hiss olunur. Şəxsən əlaqəm yoxdur, amma haqqı demək lazımdır. Cavid Qurbanov kimi 5-6 nəfəri tapıb rəhbər vəzifəyə gətirmək olmazmı? Düzgün kadr hər şeyi həll edə bilir.- Digər ölkələrdə insanlar xəstə olanda həkimlərə üz tuturlar. Bizim ölkədə həkimə üz tutan sağalırmı? Yoxsa “Uşaqlığın son gecəsi” filmində deyildiyi kimi “sən ora yaz ki, yıxılırlar yox, ölürlər”. Bizdə vəziyyət necədir?- Bizim həkimlərimiz özlərini xaricdə müalicə etdirirlərsə, heç bir şərhə ehtiyac qalmır. Yaxşıdırsa, burada müalicə olun. Amma Oqtay Şirəliyev çox çalışır ki, nəsə etsin.- Səhiyyə nazirimiz də Mikayıl Cabbarov kimidir, yoxsa?- Oqtay müəllimə də işləməyə imkan vermirlər.- Deməli, Səhiyyə Nazirliyinin içində də bayaq dediyiniz şəxslər var?- Əlbəttə, var. Hərəsi bir məmurun tapşırığı ilə vəzifəyə gətirilib. Prezidentə xəyanət edən adamın hər bir nazirlikdə adamı var. Ona görə də, imkan vermirlər. Bu müsahibə dərc olunandan sonra onsuz da yaşadığım qara günlərim daha da artacaq. Mənə deyirlər ki, sən niyə prezidenti müdafiə edirsən? Prezident bu ili kənd təsərrüfatı ili elan edib, amma gəlin, görək, bu sahədə yeni nailiyyət əldə olunub? Niyə prezidentin kənd təsərrüfatı ilə bağlı fərmanları icra olunmur? Prezident gedib 9 milyonun işini görəsi deyil ki.- Vaxtilə, Bakı şəhərinin icra başçısı vardı: Hacıbala Abutalıbov. Ondan xəbəriniz varmı? Haralardadı?- Dəfələrlə demişəm ki, Hacıbala normal deyil. Gəlib Bakının meri oldu. Deyilənə görə, oğlu da gedib vəhabiləri maliyyələşdirir. Onlar hamısı maskalanmış şəxslərdir. Özü də milyardlar yığıb və dua edir ki, bircə salamat yığdığı pulu da götürüb, rəhbərlikdən getsin. Buralardadır, amma qaçıb gizlənib. Görürlər ki, vəziyyət gərgindir, gizlənirlər, özünü vurub xəstəliyə. Xalqın pulunu qaytarsın, sonra hara gedir, getsin. (Admiral.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler