Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hekimler xestelere mesafeden nezaret edecek -Azerbaycanda yenilik

02 Kasım 2016

7:52 am


02/11/2016 [11:49]: xeber –
Azərbaycanda ilk dəfə tətbiq olunan trans-telefon EKQ sisteminin əməli fəaliyyəti Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında həyata keçirilib.Bu barədə  Tədris Terapevtik Klinikasının kardioloqu Fərid Əliyev məlumat verib.F.Əliyev bildirib ki, bu, normal EKQ sistemi olmaqla, xəstənin üzərində daşına bilinən funksiyası var: “Sistem mobil telefon vasitəsilə idarə olunur. Xəstənin harada olmasından asılı olmayaraq, GSM xətti üzərindən işləyir. Həkim istədiyi zaman xəstə ilə bağlantı quraraq (əsasən internet və telefonların işlədiyi yerdə) xəstədə olan şikayətləri izləyə bilir. Xəstənin hər hansı şikayəti olduğu halda bir düyməyə basmaqla kardioqram qeydlərini aparır. Bu sistem əsasən nadir şikayətləri olan (3-4 ayda bir) və riskli xəstələr üçün istifadə olunur”.Cihazın əsas özəlliklərini vurğulayan həkim bu cihazın mobil şəbəkənin olmadığı yerlərdə xəstə ilə bağlı şikayətləri qeyd etdiyini və mobil şəbəkəyə keçildiyi andan etibarən lazımi məlumatları birbaşa mərkəzə ötürdüyünü də bildirib.F.Əliyev onu da qeyd edib ki, bu sistem sayəsində xəstədəki ürək ritminin 24 saatlıq nəzarəti uzunmüddətli (aylıq) aparılır.(Trend)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler