Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Hekim anayla bala birleşib yeni doğulan körpeni şikest qoydu, anasını ise…” – LƏNKƏRANDA

18 Ekim 2016

4:16 pm


18/10/2016 [20:12]: xeber –
Həkim səhlənkarlığının qurbanı olmuş xəstələrin sayı günbəgün artır. Baxmayaq ki, səriştəsiz həkimlərin qurbanları haqqında mətbuatda dəfələrlə yazılır, ancaq necə deyərlər “Dəyirman öz bildiyin edir”. Kimliyindən, maddi vəziyyətindən, statusundan, mövqeyindən asılı olmayaraq istənilən şəxs, istənilən xəstəxanada asanlıqla qurbana çevrilə bilər. Ya canını qurban verər, ya da sağlamlığını, pul əvəzinə dərisinin saman kimi soyulması isə başqa bir yazının mövzusudur…sayta daxil olmuş məlumatda deyilir ki, bu yaxınlarda bir bələdiyyə sədrinin ailəsi də səriştəsiz həkimlərin, daha doğrusu ailəvi həkim biznesinin qurbanına çevrilib. İlk əvvəl onu qeyd edək ki, hadisə haqqında məlumat saytımıza “Bələdiyyə birliyi” qəzeti redaksiyasından göndərilib. Qəzetin baş redaktoru tərəfindən məsələnin ictimailəşdirilməsi, bu cür həkimlərin qurbanlarının sayının artmaması üçün qınaq obyektinə çevrilməsi xahiş olunub. Mövzunun ciddiliyini nəzərə alıb həmin hadisə haqqında geniş materialı təqdim edirik. Lənkəran rayon Şürük bələdiyyəsinin sədri Valeh Hüseynlinin başına həkim kimi fəaliyyət göstərən bir anayla qızı sözün əsl mənasında oyun açıb. Daha dəqiq desək bələdiyyə sədrinin həyat yoldaşı Ş. Hüseynlinin başına. Belə ki, Ş.Hüseynli növbəti uşağına hamilə olarkən Şürük kənd xəstəxanasında mama-ginekoloq kimi çalışan Sevil Əhmədova müayinə edib. Müayinə etdikdən sonra Ş.Hüseynovanı USM müayinəsindən keçmək üçün həkim qızı Nuranə Əhmədovanın yanına göndərib. Evində USM aparatı işlədən N.Əhmədova Ş.Hüseynlini elə evindəcə müayinə edib. Halbuki N.Əhmədovaya Səhiyyə Nazirliyindən evində USM müayinəsi aparmaq üçün lisenziya verilməyib. Müayinədən sonra xəstədə müəyyən problemlərin olduğunu bildirib. Bundan sonra Ş.Heseynliyə ana-bala həkimlər tərəfindən müalicə təyin olunub. Müalicə zamanı kommersiya məqsədi ilə hamilə anaya lazım olmayan çoxlu sayda gərəksiz dərmanlar yazılıb. Bu dərmanları qəbul etdikdən sonra ananın bətnindəki uşaq xeyli böyüyüb, 5 kq-a çatıb. Ancaq N.Əhmədova doğuşa az qalmış Ş.Hüseynlini USM müayinəsindən keçirdiyi zaman uşağın çəkisinin 2 kq 800 qr. olduğunu deyib. Uşağın çəkisinin az olduğuna görə də xəstəyə rahat şəkildə təbii doğuş edə biləcəyi deyilib. Bundan sonra xəstənin doğuşunu da Sevil Əhmədova qızı Nuranə Əhmədova ilə birikdə Şürük kənd xəstəxanasında həyata keçirib. Halbuki Səhiyyə Nazirliyinin əmri ilə həmin xəstəxanada doğuş qadağandı. Faciə isə də bundan sonra baş verib. Doğuş zamanı ana ölümcül vəziyyətə düşüb, çanağı dağılıb. Peşəkar həkimlərin işə müdaxilə etməsindən sonra  məlum olub ki, 5 kq çəkisi olan uşağın təbii yolla doğulması mümkün deyil və anaya təbii doğuş əks göstəricidir, qeysəriyyə əməliyyatı etmək lazım imiş. Dünyaya gələn uşaq isə demək olar ki, şikəst doğulub, uşağın qolu ciddi zədə alıb. Bu səbəbdən ailə uzun müddətdir ana-balanın müalicəsi üçün xəstəxanalarda qalıb. İndinin özündə də həm  ana, həm körpəsi Bakıda müalicə götürür. Bələdiyyə sədrinin ailəsi hər iki həkimin məsuliyyətsizliyi və qeyri-qanuni tibbi fəaliyyətləri ucbatından çox çətin vəziyyətə düşüb. Bildirir ki, həm  həyat yoldaşının, həm də yeni dünyaya gəlmiş övladının səhhətində yaranmış problemlərin müalicəsinə bu günə qədər 30 min manata qədər pul xərcləyib. Bu qədər  xərcin müqabilində hələ də müalicə davam edir.Bələdiyyə sədri bu haqsızlıqlara görə rayondakı əlaqədar təşkilatlara müraciət edib, Lənkəran prokurorluğuna məlumat  verib. Uzun çək-çevirdən sonra prokurorluq işdə cinayət əməlinin olduğunu bildirərək işi məhkəməyə ötürüb. Lakin şikayəti üçün bələdiyyə sədri böyük təzyiqlərə məruz qalıb, hər addımda Valeh Hüseynlini bu işdən çəkindirməyə vadar edirlər. O isə şikayətində israrlıdı. Həm ona dəymiş maddi ziyanın ödənilməsini haqlı olaraq  tələb edir, həm də qeyri-qanuni fəaliyyət göstərən hər iki həkimin qanun qarşısında cəza almasını.Valeh Hüseynli onu da bildirir ki,  Sevil və Nuranə Əhmədovalar Lənkəran bazarının müdirinin arvadı və qızıdı. Məhz buna görə də Lənkəranda bu ailə üzvlərinin səhlənkarlığına göz yumulur. Görünür burda da bazarkomun gizli əli fəaliyyətdədir.İş məhkəmədə olduğundan hadisəylə bağlı bir çox akt təqdim etməyi məsləhət bilmədik. Qeyd edək ki, hadisəni diqqətdə saxlayacağıq, məhkəmənin nəticəsi barədə də məlumat təqdim edəcəyik. Rumiyyə MİRASLAN


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler