Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hedefi 99 faiz mehv eden “Zerbe”ni sınaqdan keçiririk – İrevan teşvişde…

13 Temmuz 2016

5:48 am


13/07/2016 [09:44]: xeber –
2016-cı ilin aprel ayının əvvəllərində Ermənistan ordusunun təxribatlarının qarşısını alan silahlı qüvvələrimiz düşmənə layiqli cavab verdi.  Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirdi və sıradan çıxardı. Bunu qarşı tərəf  də dolayısı ilə təsdiqlədi və  Azərbaycan ordusunun gücü müxtəlif ölkələrin ekspertləri, rəsmi şəxsləri tərəfindən xüsusi vurğulandı.4 günlük aprel savaşından sonra İsrailin “Haaretz” qəzeti  yazmışdı ki, Azərbaycan Silahlı Qüvvələri Qarabağda gedən döyüşlər zamanı Ermənistan qüvvələrinə dəqiq zərbələrin endirilməsi üçün İsraildən alınan, indiyədək heç vaxt real döyüş şəraitində tətbiq olunmayan, faktiki olaraq məxfi silah sistemlərinə aid edilən kamikadze-dronlardan istifadə edib. İnternetdə bu pilotsuz uçan döyüş sisteminin tətbiq olunduğunu təsdiqləyən videokadrlar da  yayıldı.Qəzet yazmışdı ki, görüntülərə əsasən, həmin kamikadze-dronun İsrailin istehsal etdiyi “Harop” pilotsuz döyüş sistemi olduğu təxmin edilir.Məlumatlara görə, bəhs etdiyimiz  döyüş sistemləri 4 günlük müharibədə erməniləri ən çox təşvişə salan silahlardan biri oldu və İrəvan həmin silahı Azərbaycana satdığı üçün İsrailə qarşı kampaniyaya başladı.Lakin bu hadisələrdən sonra  da ordumuzun silah və müasir hərbi texnikalarla təchizatında fasilə yaranmayıb. Əksinə, Azərbaycan artıq özü bu  kimi silahların istehsalına başlayıb.  Belə ki, Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr edilmiş iclasında çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, MSN bir sıra yeni hərbi texnika və silahların istehsalına hazırlaşır.Nazir xüsusi olaraq  vurğulayıb ki, aprel döyüşlərindən sonra prezident “Zərbə” pilotsuz döyüş sistemlərinin istehsalının təşkil edilməsinə dair göstəriş verib və artıq həmin göstəriş yerinə yetirilib:“Cənab prezident, sizin bu göstərişiniz artıq yerinə yetirilib və ”Zərbə” pilotsuz döyüş sistemləri artıq hazırdır, sınaqlardan keçir, yaxın vaxtlarda ordunun sərəncamına veriləcək”.Yavər Camalov əlavə edib ki, Azərbaycanın istehsalı olan “Zərbə” pilotsuz döyüş sistemləri düşmən hədəflərini havadan izləməklə yanaşı istənilən  vaxt ona dağıdıcı zərbə endirə biləcək və ermənilərin qorxulu röyasına çevriləcək.Nazirin anons verdiyi silahın nələrə qadir olması barəsində “Yeni Müsavat”a hərbi ekspert Üzeyir Cəfərov danışıb. O bildirib ki, bu qurğunun istehsal olunması Azərbaycan üçün uğurdur: “Prinsip etibarı ilə aprel hadisələrində artıq bilinirdi ki, Azərbaycan bu kimi silahı hazırlamaq niyyətindədir. Bu istiqamət üzrə işlər görülürdü. Çünki İsraildən aldığımız buna bənzər avadanlıq bizə döyüşlərdə çox böyük uğur gətirdi. Həmin döyüş sistemləri  ermənilərin ən çox qorxduğu silahlardan biri idi. Artıq Azərbaycan özü belə bir silahı hazırlayıb. Hesab edirəm sentyabr ayında Azərbaycanda keçiriləcək beynəlxalq sərgidə həmin silahı tərəfdaşlarımıza, o cümlədən sərgi iştirakçılarına təqdim edəcəyik. İlkin  mərhələdə onun daha çox cəbhə bölgəsində istifadə edilməsi  nəzərdə tutulub. Çünki bu silah vasitəsi ilə istənilən nöqtədən düşmənə sarsıdıcı zərbə vurmaq olur. Bütün bunlarla yanaşı, bu, həm də iqtisadi baxımdan bizim üçün səmərəlidir. Çünki İsraildən əldə etdiyimiz pilotsuz uçan avadanlıq həm çox baha idi, həm də onun gətirilmə xərcləri yüksək idi. İndiki halda isə məsrəflər xeyli azalıb. Bir sözlə, bunu Müdafiə Sənayesi Nazirliyinin çox uğurlu işlərindən biri saymaq olar. İndi təkcə bu deyil, uzaq və yaxın mənzilli raketlərin də buraxılmasına start verilib. Qısa bir müddətdə nazirlik  bu sahəyə qoyulan vəsaitin xeyli bir hissəsini Azərbaycanın büdcəsinə qaytaracaq”.Ekspert silahın əsas funksiyaları barəsində aşağıdakıları söyləyib: “Silahın  funksiyası ondan ibarətdir ki, düşmənin  istənilən yerüstü canlı qüvvəsini və texnikası çox rahat şəkildə sıradan çıxara bilir. Özü də havanın istənilən şəraitində bu avadanlıqdan istifadə etmək mümkündür. Onun səhv etmə əmsalı çox cüzidir. 100 faizin 99 faizində qurğu hədəfi sıradan çıxarır. Həmçinin ”Zərbə”  pilotsuz döyüş sistemlərinin xüsusiyyətlərindən biri də odur ki, daha çox düşmənin canlı qüvvəsinin, zirehli texnikasının sıx toplandığı ərazilərdə istifadə edilir. Onun müəyyən edilməsi və sıradan çıxarılması üçün Ermənistan tərəfinin heç bir texniki imkanları yoxdur. Ona görə də bu gün onlar Rusiyaya tərəf can atırlar ki, tank  əleyhinə avadanlıq əldə etsinlər ki, bəlkə bunun vasitəsi ilə hansısa bir işləri həyata keçirə bilsinlər. Yəni bu qurğunun üstünlükləri həddindən artıq çoxdur və İsrail texnologiyasına əsaslanmış bir avadanlıqdır”.Ekspert həmçinin qeyd edib ki, “Zərbə” pilotsuz döyüş sistemlərinin bir üstünlüyü də onu idarə etmək üçün az sayda canlı qüvvənin cəlb olunmasıdır:“Bu avadanlıq uzaqdan idarə olunur və texnologiyası çox mükəmməldir. Konkret olaraq istifadə olunmasına bir, yaxud da iki nəfər cəlb olunur. Koordinat verildikdən sonra o çox rahat şəkildə həmin ərazidə hədəfi tapır və sıradan çıxarır. Təsir dərəcəsinə gəlincə isə bir necə yüz metr ərazidə hədəfin sağ qalma, ondan yayınma  imkanı sıfıra bərabərdir. İndiki şəraitdə çox da böyük şəxsi heyəti cəlb etmədən, həmin texnikadan rahat şəkildə istifadə edə bilərik”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler