Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hecce hazırlaşan azerbaycanlı zevvarlara — Yeni qadağa

30 Haziran 2016

10:28 am


30/06/2016 [14:27]: xeber –
Bu il azərbaycanlı zəvvarların indiyədək istifadə etdikləri ümumvətəndaşlıq pasportu ilə Həccə getməsi mümkün olmayacaq. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il Azərbaycandan zəvvarların Həcc səfəri yalnız yeni biometrik pasportlarla mümkündür. QMİ zəvvarlara tövsiyə də edir ki, biometrik olmayan pasportları zəvvarla səfər vizası verilənə qədər (iyulun 10-dək) “ASAN xidmət” Mərkəzlərində dəyişsinlər.Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Son qərara əsasən, azərbaycanlı zəvvarlara yalnız Ramazan bayramından sonra vizaların verilməsi mümkün olacaq. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsi ilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.(ölkə.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler