Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Heccden gelen zevvarlar üçün sürpriz “qarşılanma”

19 Eylül 2016

11:12 am


19/09/2016 [15:10]: xeber –
Bu günlərdə Həccdən gəlməsi gözlənilən zəvvar və dəstə rəhbərlərinin əşyalarına
nəzarət gücləndiriləcək. Bu barədə sayt-ı özəl mənbə məlumatlandırıb. Mənbənin
sözlərinə görə, bunda məqsəd yasaq edilən dini ədəbiyyatların, disk və video
kasetlərin ölkəyə girişinə imkan verməməkdir.

Bilgili qaynağın sözlərinə görə, bəzi hallarda Səudiyyə Ərəbistanındakı
müxtəlif şəxslər istədikləri ölkələrə yasaq dini ədəbiyyat və diskləri zəvvarların,
xüsusilə də dəstə rəhbərlərinin əli ilə göndərir. Göndərilən yerlərdə isə bunu
eyni şəbəkənin həmin ölkələrdəki məsul şəxsləri təhvil alır.

Mənbənin sözlərinə görə, radikal dini cərəyanın üzvləri yasaq dini ədəbiyyatları
göndərmək üçün dəstə rəhbərlərinin yanına adətən qadın təmsilçi göndərir. O isə
dəstə rəhbərini inandırmağa çalışır ki, onun yolladığı adi dini kitablardır və
sadəcə özünün getmək imkanı olmadığı üçün ora gedən “müsəlman qardaşları”ndan
birinin vasitəsi ilə bu əşyaları göndərmək istəyir.

Özəl mənbə hesab edir ki, Azərbaycan və digər ölkələrə dini ədəbiyyatların
bu yolla göndərilməsi heç də təsadüfi deyil və olduqca hiyləgərcəsinə
düşünülmüş bir üsuldur. Belə ki, bu, ilk növbədə radikal dini təriqətin təmsilçilərinin
ifşa olunmaq, ələ keçmək təhlükəsini aradan qaldırır. Çünki istənilən ölkədə bu
dini ədəbiyyatın yasaq olduğu anlaşılanda bu kitabları daşıyan vasitəçi cəzalandırılır.
Onu göndərən və qarşılamalı olan şəxs kölgədə qalır.

İkincisi, yasaq dini ədəbiyyatların zəvvarların əli ilə hər hansı ölkəyə
keçirmək daha asandır. Çünki Allah evini ziyarətdən qayıdan bu insanlara bütün
sərhəd-keçid məntəqələrində hörmət və ehtiramla yanaşılır, onların şəxsi əşyaları
elə də ciddi yoxlanılmır.

Üçüncüsü, bu üsul dini ədəbiyyat və disklərin dünyanın ən müxtəlif
nöqtələrinə heç bir maliyyə xərci çəkmədən operativ çatdırılmasını təmin edir.

Mənbənin sözlərinə görə, bir çox hallarda zəvvarlar və dəstə rəhbərləri
bu dini ədəbiyyat və disklərin mahiyyətini anlamadan təhvil alır və əmanət kimi
yanaşdıqları bu əşyaları öz ölkələrində lazımi şəxsə çatdırmaqda qərarlı olur.
Odur ki, zəvvarların şəxsi əşyalarına baxış bu kimi hallara qarşı mübarizə
baxımından zəruri hesab edilir. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler