Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hecc ziyaretine geden zevvarlar Ərafat dağına çıxdı – FOTO/VİDEO

11 Eylül 2016

12:28 pm


11/09/2016 [16:27]: xeber –
sayt xəbər verir ki, bu il dünyanın müxtəlif yerlərindən 2 milyondan çox zəvvarın qatıldığı Həcc mərasimi Ərafat dağını ziyarətlə başlayıb. Məkkədən yola çıxan zəvvarlar sübh namazının ardından Ərafat dağına çıxmağa başlayıb. Müxtəlif vasitələrlə Ərafat dağına yola çıxan zəvvarların bəziləri, Məhəmməd peyğəmbərin (s) etdiyi kimi, 21 km yolu ayaqla qətt edib. Bugün günortadan axşam azanına qədər Ərafatda qalacaq zəvvarlar daha sonra Müzdəlifə çölünə yollanacaqlar. Gecəni burada qalaraq Minada şeytana atmaq üçün daş toplayacaqlar. Ərəfat dağı Məkkənin 21 kilometr cənub-şərqində olan Harəm sərhədləri xaricində qalan ovalıq görünümlü bir yerdir. 454 metr hündürlüyündəki dağ Adəm və Həvvanın cənnətdən qovulduqdan sonra görüşdükləri yer olaraq bilinir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler