Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Heç vaxt Kelbecere yolu düşmeyen Anardan Kelbecer hesreti…

10 Ağustos 2016

6:36 am


10/08/2016 [10:33]: xeber –
Azərbaycanımızı oba-oba, kənd-kənd, qəsəbə-qəsəbə gəzmişəm. Yalnız üç rayona yolum düşməyib – Zəngilanı, Cəbrayılı görmək hələ ki, mənə qismət olmayıb.1981-ci ildə Şuşada “Üzeyir ömrü” filmini çəkərkən Bağrıqan dağına, Sarıbaba yaylaqlarına, Pəriçınqılına, Laçına və Laçının İstisuyuna, Qubadlıya, Minkəndə səfər etdim, Kiçik Qafqazın ən yüksək insan məskənlərində – alaçıqlarda çobanların qonağı oldum. Bu yerlərin möhtəşəm təbiəti, əzəmətli dağları, qanadlı qayaları, buz bulaqlarının, yerdən fışqırıb çıxan fəvvarələrinin, zirvələrdən saçaq-saçaq şəlalələrinin yaratdığı su səltənəti, Həkəri çayının şırıltısı, deyilənə görə, haradasa Kəlbəcərin mənzərələrini andırır mənə. Amma hər halda Kəlbəcərin gözəlliklərini və özəlliklərini öz gözümlə görə bilmədiyimə həmişə heyifsilənirəm.Cəmilə Çiçəyin bu kitabını vərəqləyərkən sanki qiyabi şəkildə Kəlbəcərə səyahət etdim, həm də bu gün müvəqqəti də olsa yad tapdağında qalan, övladları pərən-pərən dağılmış, yurdundan-yuvasından didərgin düşmüş, acı köçkün həyatı yaşayan Kəlbəcər deyil, yaxın gələcəyin Kəlbəcəri canlandı xəyalımda. O Kəlbəcər ki, ən uca zirvəsində üçrəngli bayrağımız dalğalanır… O Kəlbəcər ki, sakinləri doğma yuvalarına dönüb, evlərinin çıraqlarını yandırıblar, ocaqlarını qalayıblar… O Kəlbəcər ki, orada Aşıq Şəmşirlə Səməd Vurğunun qoşa heykəli ucalır, aşıq bayramları keçirilir… Belə bir günün mütləq gələcəyinə və belə bir günü hökmən öz gözlərimlə görəcəyimə inanıram. Dədə Şəmşiri də, Səməd Vurğunu da, vətən yolunda şəhid olmuş qəhrəman oğullarını, qızlarını da unutmayan bu yaralı obanın, bu nisgilli mahalın bütün əzablı günlərdən, dərd-bəlalardan, əzab-əziyyətlərdsən, iztirablardan sıyrılıb çıxacağına, Səməndər quşu kimi alovlardan qurtulub sonsuzadək diri qalacağına inanıram. Azərbaycanımızın bu füsunkar söz, sənət, qeyrət qalasının xoşbal iqbalına var qəlbimlə inanıram.Xalq yazıçısı,Anar Cəmilə Çiçək (İsbəndiyarova). Kəlbəcərin saz qalası. Bakı. “Azərnəşr”, 2013, 368 s.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler