Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Heç vaxt inanmaram ki, İsgender bele söz deye…”

19 Haziran 2016

10:32 am


19/06/2016 [14:28]: xeber –

“Mənim
yanımda İsgəndər Həmidov elə bir ifadə işlətməyib. Ümumiyyətlə artistiklə heç nə
almaq olmazdı, artistliklə ancaq camaatı güldürmək, dəmlətmək olar”.

Bunu
sayta açıqlamasında keçmiş müdafiə naziri Rəhim Qazıyev sabiq baş
nazir Sürət Hüseynovun 2004-cü ildə verdiyi  müsahibəsində “İsgəndər gördü ki, camaat
onlara pis baxır, kişi kimi dedi ki, ay camaat, bizə niyə belə baxırsınız, biz
çıxıb orada artistlik edirik ki, o rayonu belə aldıq, bu kəndi belə azad etdik,
alan oğlan isə budur, biz, ancaq artistlik edib, bunu öz adımıza çıxırıq”
fikrinə münasibət bildirərkən deyib.

R.Qazıyev
bildirib ki, İsgəndər Həmidov heç vaxt elə ifadə işlətməzdi: “Biz müharibə
aparmışıq, müharibəni nə mən təkbaşına aparmamışam, nə də başqa birisi. Müharibədə
hər kəsin öz xidməti olub. Çox təəssüf edirəm ki, Sürət kimi adam müsahibəsində
belə bir fikir səsləndirib. Əgər həqiqətən belə söz olubsa, Sürət gəlsin üz-üzə
dayanq, həmin 500-600 nəfəri yığıb sübut eləsin. Mən bir daha deyirəm ki, İsgəndər
Həmidov mənim yanımda elə söz deməyib. İsgəndər Həmidovun ağzından belə söz
çıxdığının şahidi olmamışam. Ümumiyyətlə İsgəndərin elə söz deməsinə belə heç vaxt
inanmıram”.  

Sabiq
müdafiə naziri bu cür fikirlərə son qoymaq üçün yeganə çıxış yolunu dəyirmi
masada gördüyünü də vurğulayıb: “Bu günkü günə qədər heç kim mənim haqqımda
müsbət söz deməyib. Ancaq mənə münasibətindən asılı olmayaraq bu millətin qələbəsi
üçün zəhməti olan hər kəsə qarşı hər zaman obyektiv olmuşam. Əgər Sürət belə
söz deyibsə, mən Sürətlə və ona ən əziz olan insanlarla üzləşməyə hazıram. İndiyədək
dəfələrlə İsa Qəmbəri də, Pənah Hüseyni də, Sülhəddin Əkbəri də, digərlərini də
dəyirmi masaya çağırmışam. Çox təəssüf ki, indiyədək təklif etdiyim debata heç
kim razılaşmayıb. Bir daha deyirəm ki, bu debatda mən özümü qəhrəman kimi təqdim
etmək istəmirəm. Bu millətə bu gün bu zülmü edənlərin gəlib bu yerə çıxmasında
bizim müəyyən mənada rolumuz olub, az və ya çox. Əgər biz gördüyümüz işlərdə öz
günahımızı, səhvimizi gənc nəslə açıq etiraf etməyi bacarmırıqsa, bu günkü
problemlər nəinki çözülməyəcək, gündən-günə ağırlaşacaq. İsa Qəmbər müsahibə
verəndə belə mənim adımı çəkmək istəmir. Bu mənimçün böyük xoşbəxtlikdir. Amma
nə edək ki, o da, mən də Azərbaycan tarixində varıq və hər kəsin öz xidməti
var, müsbət və ya mənfi. Bu günkü gün özünü dağ başına qaldırmaq, gəncləri çaşbaş
salmaq lazım deyil. Biz qeyrətli, namuslu balalarımıza düzgün istiqamət verməliyik,
bu günkü problemlərin həllinə nail olmaq üçün biz mütləq etiraf etməliyik. Nəyi
etdik, nəyi edə bilmədik, nəyi düz elədik, nəyi səhv. Ancaq təəssüf ki, hamı
qaçır”.

R.Qazıyev
sonda S.Hüseynova sual ünvanlayıb: “Əgər doğrudan da Sürət Hüseynovun dediyi
kimi biz artistiklik edirdik, torpaqları Sürət alırdısa, mənim ona bir sualım
var. Sürət Hüseynov baş nazir olduğu biril üç ay ərzində bizim o dövrdə özünün
də iştirakıyla aldığımız torpaqları niyə düşmənə verdi? Yaxşı, biz artistlik
edirdik, ancaq o kişi torpaq alırdı, bu çox gözəl, bəs niyə yol verdi ki,
torpaqlar işğal olunsun? Həmin vaxt Heydər Əliyev rəsmi elan etmişdi ki, bütün
hərbi strukturları və Qarabağ məsələsini Sürət Hüseynova həvalə etmişəm.  Sürətin baş nazirliyi dövründə o rayonların
hamısı verildi və Azərbaycan silahlı qüvvələrinin qabaqcıl hissələri Xankəndinin
40-50 km-də dayandı. Sürət Hüseynov bu suala cavab versə yaxşı olar”. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler