Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Heç vaxt belә Olimpiada görmәmişәm” – Azad Rehimov

31 Ağustos 2016

8:36 am


31/08/2016 [12:34]: xeber –
Baku-2016 42-ci Şahmat Olimpiadasının açılışından öncә mәtbuat konfransı keçirilir.Konfransda gənclər və idman naziri Azad Rәhimov, Şahmat Federasiyasının sədri Elman Rüstәmov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edir. Konfransda çıxış edən nazir olimpiadaya yaxşı hazırlaşdığımızı vurğulayıb:“Hamını burada maraqlı mühit gözlәyir. Gözәl Olimpiada keçәcәk. “Kristal Hall”da maraqlı günlәr olacaq. Mәn heç vaxt belә hazırlanan Olimpiada görmәmişәm. Bir neçә olimpiadada iştirak etsәm dә, bu qәdәr yaxşı tәşkilatlanan olmayıb. Hәm qadın, hәm kişi şahmatçılarımızdan ibarәt komandalarımız uğur qazanacaq.Azәrbaycanda keçirilәn bütün idman yarışları bizә xeyir verir. Formula 1 çox maraqlı oldu. Öz auditoriyası var idi. İslam Olimpiadası olacaq. İslam Oyunlarında bütün müsәlmanlar birlikdә olacaq. İslamın sülh tәrәfini dünyaya göstәrәcәyik. Vә dünya bilәcәk ki, islam terror deyi”.Әmәliyyat Komitәsinin direktoru Mahir Mәmmәdov: “Bu Olimpiadada 176 ölkә çıxış edәcәk. Bu da Olimpiada tarixindә rekorddur. Olimpiadadan öncә viza problemi var idi. Ölkә prezidenti İlham Әliyev mәsәlәni hәll etdi. Otellәrin dә işinә diqqәt ayırırıq. Qidalanmalar vә digәr mәsәlәlәrə nәzarәt olunur. Sentyabrın 2-dә Olimpiada start götürәcәk. Yığmalarımıza uğurlar arzu edirәm. Komandamızın ilk 3-lükdə olacağını gözləyirəm”.Şahmat Federasiyasının sədri Elman Rüstәmov: “Olimpiada münasibәtilә hamını tәbrik edirәm. Tәşkilat Komitәsi olduqca yaxşı iş görüb. Çalışacağıq ki, Şahmat Olimpiada tarixinә düşәn bir iş görәk. Bakı şahmat üçün önәmli şәhәrlәrdәn biridir. Biz tәcrübәliyik. Öz komandalarımızın nәticәlәri yaxşıdır. Son illәrdә uğurlar qazanmışıq. Doğma şәhәrdә olmağımız da bizә kömәk etmәlidir ki, qalib gәlәk, qәlәbә qazanaq. Şahmatçılara hәr cür diqqәt vә qayğı göstәrilib. Ona görә dә uğurlu nәticә istәyirik.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler