Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Heç prezidentin 40 illik emek haqqısı 3 milyon etmir, o ki qaldı Tağı Əhmedovunku…”

07 Eylül 2016

1:04 pm


07/09/2016 [17:03]: xeber –
Mediada yer alan məlumatalara
görə, “Bakı Metropoliteni” sabiq sədri Tağı
Əhmədov sabiq MTN generalı
Akif Çovdarova
3 milyon manat pul verdiyini etiraf edib.
Müstəntiqin “bu qədər pul sizdən hardadır” sualına isə T.Əhmədov dəlinin
belə inanmayacağı bir məntiqlə cavab verib. Belə ki, keçmiş metropoliten rəhbəri
bu pulun 40 illik əmək haqqısı olduğunu bildirib.

Maraqlıdır, T.Əhmədovun bu etirafı və həmin pulların mənbəyi kimi 40
illik əmək haqqısını göstərməsi onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas
verirmi?

Məsələ ilə bağlı sayt-a açıqlama verən tanınmış hüquqşünas
Əyyub Kərimov T.Əhmədovun bu etirafının əsla inandırıcı olmadığını, fəqət onun
bu etirafında təqdiredici məqamın da mövcud olduğunu vurğuladı:

“T.Əhməov
metropolitenin rəisi vəzifəsində çalışarkən də suallara bu cür gözlənilməz,
qeyri-ciddi cavablar verirdi. Lakin onun müstəntiqə məhz bu cür cavab verməsi mənə
inandırıcı gəlmir. T.Əhmədov bu sualın cavabında bildirə bilərdi ki, həmin vəsaiti
qohumlardan, tanışlardan yığıb verib. Yoxsa bu məbləğin 40 illik əmək haqqı
olduğuna kimsənin inanması mümkün deyil. Orta məktəbin 5-ci sinif şagirdi belə
oturub T.Əhmədovun 40 illik əmək haqqısını hesablayar və sübut edər ki, o, bu qədər
pulu əmək haqqı hesabına yığmaq üçün heç deyilsə 200 il işləməlidir.

Çoxu MTN rəhbərliyinin
onlardan pul almasını gizlədir. Yaxşı ki, T.Əhmədov bunu gizlətmir və özündə cəsarət
tapıb bunu etiraf edir. Şübhəsiz, T.Əhmədov və o cümlədən başqalarının verdiyi
milyonlarla manat vəsaitin mənbəyi araşdırılmalııdr. Lakin söhbət konkret T.Əhmədovdan
gedirsə, hesab edirəm ki, bu cəsarəti ona həm də “plyus” kimi hesablanmalıdır.
Çünki o, çoxlarının gizlətdiyini etiraf etməyə özündə güc tapıb”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler