Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Heç kim yaddan çıxarmasın ki, ezilmiş insanların üsyanı dağıdıcı olur”

18 Temmuz 2016

6:48 am


18/07/2016 [10:47]: xeber –
2016-cı il 14 iyul tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurası elektrik enerjisinin qiymətini ortalama 16-17 % qaldırdı. Manatın ciddi şəkildə dəyərdən düşməsi vaxtında bu addım əhalinin kasıb təbəqəsinə ciddi problemlər yaradacaq. Elektrik enerjisinin qiymət artımından sonra bir çox məhsulların bahalaşması qaçılmazdır. Bu addım bir daha göstərdi ki, hakimiyyət öz bacarıqsız iqtisadi siyasətini vətəndaşlar hesabına ört-basdır etmək istəyir. Başa düşürəm ki, büdcə boşdur və onu doldurmaq lazımdır. Bunu etmək üçün isə idarəetmə sistemini təkmilləşdirmək, lazımsız xərcləri azaltmaq, idarəetmədə qənaətcil olmaq, korrupsiyanı aradan qaldırmaq, alternativ enerjidən isrifadə etmək lazımdır. Günəşin çox az olduğu Almaniyada yüz hektarlarla sahələrdə alternativ enerji istehsal edən qurğular quraşdırılıb. Günəş enerjisinin bol olduğu Azərbaycanda isə bu qurğulardan istifadə edilmir, istehsal olunanlar isə xaricə satılır. Hakimiyyət təmtəraqlı həyat tərzini, milyonların göyə sovrulmasını davam etdirir. Dəfələrlə özüm şahidi olmuşam ki, səhər saat 9 radələrində Bakı şəhərinin bütün küçələrində işıqlar söndürülməyib. Bu cür israfçılıq addımbaşıdır. Belə davam edəcəyi təqdirdə hamımızı ciddi problemlər gözləyir. Bölgədə baş verən hadisələr göstərir ki, yaşadığımız məkan uzun müddət qeyri-stabil olaraq qalacaq. Belə olan halda hakimiyyət maksimum insanların güzaranının pisləşməsindən çəkinməlidir. Heç kim yaddan çıxartmasın ki, ac, təhsilsiz, əzilmiş insanların üsyanı dağıdıcı olur. Nəzərə alsaq ki, Azərbaycanda bunun baş verməsini istəyən qüvvələr çoxdur, onda bizi gözləyən fəlakətin miqyasını təsəvvür etmək çətin deyil.Aslan İsmayılov, tanınmış hüquqşünas




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler