Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“…Heç kim onu müdafie etmeyecek” – Millet vekilinden etiraz

02 Kasım 2016

7:44 am


02/11/2016 [11:43]: xeber –
“Mən son 4-5 ildə yayımlanan teleseriallarda senzuradan kənar çox sözlər eşitmişəm. Bunu təqdir edə bilmərəm. Kimsə deyirsə ki, televiziya necədirsə, cəmiyyət onun güzgüsüdür, bu doğru deyil”.sayt xəbər verir ki, bunu millət vəkili Gövhər Baxşəlıyeva Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deyib. Onun sözlərinə görə, televiziya seriallarında, filmlərində cəmiyyət olduğundan bir-iki pillə irəli getməlidir: “Televiziya ilk növbədə maarifləndirici, tərbiyəvi funksiya daşımalıdır. Ona görə də hesab edirəm ki, senzuradan kənar sözlərə qətiyyən yer vermək olmaz.Mən bu gün seriallara baxanda çox təəssüf edirəm. Deyirəm ki, mənim xalqımın mədəniyyət səviyyəsi budurmu? Bu filmləri çəkən insanlar ilk növbədə özləri yüksək mənəvi keyfiyyətlərə, mədəniyyətə malik olmalıdırlar”.Millət vəkili eyni zamanda Şah İsmayıl Xətai haqqında film çəkilməsinin vacibliyi məsələsinə də toxunub. O bildirib ki, bu günə kimi çəkilən filmlərdən birinin tarixi janrda olmasını gözləyib: “Bu gün Şah ismayıl haqqında kino çəkməyə çox böyük ehtiyac var. Çünki o Azərbaycan tarixində müstəsna rol oynamış şəxsiyyətdir. Amma qonşu ölkələrdə onun rolu kiçildilir. Ona təfriqəçi, ana qatili deyilir. Bu tamamilə yolverilməzdir. Əgər biz Azərbaycan ziyalıları olaraq onu müdafiə etməsək, başqa heç kim onu müdafiə etməyəcək”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler