Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Heç Abbas Abbasovun yeridir?” – Gopologiya…

07 Eylül 2016

7:20 am


07/09/2016 [11:19]: xeber –
Rusiya ilə qardaş Türkiyənin münasibətlərinin çox pis olan vaxtlarında, konkret olaraq türk qırıcıları rus təyyarəsini vurduğu zamanlarda Rusiyada yaşayan məşhur azərbaycanlılardan birini belə, nə Rusiya mətbuatında, nə Türkiyə mətbuatında, nə də Azərbaycan mediasında görmədik. Kim gördü həmin məşhurları? Hamının yadındadır ki, həmin şəxslər mətbuatdan qacırdılar. Bir cümlə belə danışmadılar…Söhbət bu gün bütün günü sosial şəbəkə də təbliğatı gedən baş nazirin keçmiş birinci müavini, Rusiyanın layihəsində baş rollardan birinin iştirakçısı Rüstəm İbrahimbəyovun yaxın dostu olan Abbas Abbasovdan gedir…Bəs sən demə, Abbas Abbasov Rusiya ilə Türkiyənin dostlaşması üçün 7 ay əziyyət çəkibmiş. Putinlə Ərdoğanın G 20 sammitində yanaşı şəkil çəkdirməsi üçün dayanmadan çalışıb… Bütün bunlara gopologiyadan başqa nə ad vermək olar? Nə var indi danışmağa! İndi Rusiya ilə Türkiyə barışıb. Münasibətlər çox yaxşıdır. Bu adamlar özlərinə “xal qazanmaq” eşqinə düşüblər! Niyə təbliğatı yayanlar unudurlar ki, qardaş Türkiyənin rəsmi şəxsləri Türkiyə – Rusiya münasibətlərinin normallaşması üçün iki şəxsə , Azərbaycan Respublikasının prezindenti cənab İlham Əliyevə, bir də, Qazaxıstan Respublikasının prezidenti cənab Nursultan Nazarbayevə təşəkkür elan etdilər…Heç Abbas Abbasovun yeridir?”Niyaməddin Orduxanlı, BAXCP sədrinin müavini


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler