Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“”Hebsxana gündelikleri” çap olunsun, orada her şeyi oxuyacaq” – Xalid Kazımlıya mesaj

02 Ağustos 2016

9:28 am


02/08/2016 [13:27]: xeber –
Əvəz Zeynallının “Qaynar Qazan” da Arif Hacılıdan aldığı müsahibə cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Arif Hacılının “Yeni Müsavat” qəzetinin direktoru Rauf Arifoğlu barədə dediklərindən sonra artıq “Yeni Müsavat” da çalışan bir neçə müsavatçı partiyalarından istefa verib. Tərəflər bir-birilərinə ittiham yağdırmaqda davam edərəkən “Qaynar Qazan”-ın müəllifi də Əvəz Zeynallı da yaddan çıxmayıb. “Budur, artıq Əvəz Zeynallının qapısı açılıb və o, Rauf Arifoğluna olan “vəfa borcu”nun əvəzini artıqlamasilə qaytarır: hər müsahibindən onun əleyhinə ifadə alır. Əslində o, artıq “Qaynar qazan”da “Rauf Arifoğlu bölümü” açmalıdır. Bəlkə də bu, daha maraqlı və tirajlı olar”Yuxarıdakı sözləri musavat.com saytının baş redaktoru Xalid Kazımlı Əvəz Zeynallı barədə deyib.sayt-a açıqlama verən Əvəz Zeynallı isə ittihamlara cavab verib:”Mən işimi görürəm. Qıt imkanlarla fəaliyyətimə davam edirəm. Həmkarlarımın reaksiyalarını isə bəzən anlamaqda çətinlik çəkirəm. “Qaynar Qazan”da format bəllidir. Orada sualları mən yox, əsasən fb istifadəçiləri yönəldir. Mənə sadəcə onların tərcümanı olmaq qalır. Kimsəyə vəfa borcum yoxdur. Məni  kimsə əlahiddə müdafiə etməyib – ələlxüsus “Yeni Müsavat”. Bir çox hallarda isə əksinə olub.  Xalid bəy səbr eləsin, inşallah, “Həbsxana gündəlikləri” çap olunsun, orada hər şeyi oxuyacaq.  Məni illah bu polemikalara qatmaq təşəbbüslərini anlamıram və bu dartışmalarda iştirak etmək istəmirəm. Dostlara uğurlar arzulayıram. Mən peşəmlə məşğulam.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler