Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Hebsden teze çıxmağıma baxmayaraq mübarizemi davam etdirirem”

10 Kasım 2016

6:04 am


10/11/2016 [10:01]: xeber –
“Həbsdən təzə çıxmağıma baxmayaraq mübarizəmi davam etdirirəm”Müsavat Partiyasının gənclərin işi üzrə başqan müavini Fərəc Kərimli partiyanın gələcək fəaliyyəti  barədə sayt – a açıqlamasında belə deyib:“Müsavat Gənclər Təşkilatında uzun müddət fəaliyyət göstərmişəm. 2014-cü il 23 iyulda qondarma ittihamlarla həbs olunmuşam. Vicdan məhbusu kimi tanınmışam. Bu ilin oktaybrın 4-ündə amnistiya ilə azadlığa buraxılmışam.Hazırda Müsavat Partiyasının başqan müavinliyinə iş bölgüsündə gənclər təşkilatına və partiyanın internet fəaliyyətinə nəzarət mənim öhdəliyimə düşür. Müsavat Partiyasında əvvəlki aktiv fəaliyyətim olduğu kimi davam edəcək.Gələcək planlarım sırf Müsavat Partiyasıyla bağlıdır. Bütün strukturlarda hər həftə iclaslar keçirilir.Gənclər Təşkilatının fəaliyyətini gücləndirmək üçün işlər görülür. Hazırda Müsavat Gənclər Təşkilatının iclaslarına şəxsən özüm qatılıram. Ola bilsin yaxın zamanlarda Gənclər Təşkilatının konfransı keçiriləcək.”Xatırladaq ki, Fərəc Kərimli narkotik maddə saxlamaq və satmaqda təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler