Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hebsdeki general Eldar Mahmudovu ele verdi – “Onun gösterişi ile…”

16 Ekim 2016

4:48 pm


16/10/2016 [20:46]: xeber –
Ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin keçmiş rəhbəri, hazırda həbsdə olan general Teymur Quliyev istintaq zamanı rəhbərlik etdiyi mərkəzin sahibkarların telefon danışıqlarının dinlənilməsini nazir Eldar Mahmudovun yazılı icazəsi, habelə idarə rəisi Akif Çovdarovun göstərişi ilə həyata keçirdiyini bildirib.General Quliyev Akif Çovdarovun barəsində qaldırılmış cinayət işində şahid qismində dindirilib. Onu sahibkarlar Elşad Abdullayev, Vüqar Əliyev və digərlərinin telefonlarının qanunsuz dinlənilməsi epidozu üzrə dindiriblər.T.Quliyev bildirib ki, telefonların dinlənilməsi barədə tapşırıq ona rəsmi qaydada, göstəriş vərəqələrində çatdırılıb. Lakin telefonların hansı əsasla dinlənildiyini araşdırmaq və buna icazə verən məhkəmə qərarının olub-olmadığını yoxlamaq onun səlahiyyətində deyildi. Generalın bildirdiyinə görə, həmin sahibkarların telefon danışıqlarının dinlənilməsinin təşəbbüskarı MTN-də Çovdarovun rəhbərlik etdiyi idarənin məsul əməkdaşı Azər Əliyev olub. Və tapşırıq Çovdarovun özü tərəfindən təsdiqlənib.T.Quliyev bildirib ki, mərkəzin əməkdaşları telefon danışıqlarının dinlənilməsinin nəticələrini Çovdarovun idarəsinə təqdim edirdi. Generalın bildirdiyinə görə, telefonların dinlənilməsi nazir Eldar Mahmudovun özünün icazəsi olmadan həyata keçirilə bilməzdi.Habelə T.Quliyev sahibkar Allahverdiyev Səhrab Mustafa oğlunun telefonlarının dinlənilməsinə dair göstərişi MTN-in idarə rəisi, general Sübahir Qurbanovdan aldığını bildirib.Monitorinq Mərkəzinin hazırda həbsdə olan əməkdaşı Fərhad Atayev də ifadəsində telefon danışıqlarının dinlənilməsini nazir E.Mahmudovun xüsusi icazəsi ilə həyata keçirdiyini qeyd etmişdi. Monitorinq Mərkəzinin digər əməkdaşı Anar Verdiyev isə etiraf edib ki, onların praktikasında telefon nömrələrinin qeyri-rəsmi dinləməyə qoşulması mövcud olub. Və bu barədə tapşırıqları rəisi Teymur Quliyevdən alıb. Verdiyev T.Quliyevin ona azı 10 telefon nömrəsini qeyri-rəsmi dinləməyə qoşmaq barədə göstəriş verdiyini deyib.(Virtualaz.org)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler