Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“HDP qapadılmalı, PKK-ya qarşı mübarize sertleşdirilmelidir”

04 Kasım 2016

1:04 pm


04/11/2016 [17:03]: xeber –
Məlum olduğu kimi, Türkiyənin
kürdyönümlü partiyası HDP-nin həmsədrləri Səlahəddin Demirtaş, Figen Yüksekdağ
və doqquz digər HDP-li deputat saxlanılıb.

Maraqlıdır, zaman-zaman
PKK-ya dəstək verdiyi, onun siyasi qanadı olduğu iddia edilən HDP-nin millət vəkillərinin
həbsi Türkiyənin yaxın gələcəyinə nə vəd edir? Bu, PKK-nı daha da qıcıqlandıra,
onu daha genişmiqyaslı terror aktlarına təhrik edə bilərmi?

sayt-a açıqlama
verən politoloq Qabil Hüseynli məlum həbslərin  PKK ilə mübarizə baxımından zəruri olduğunu
vurğuladı:

“PKK-nı qızışdıran,
insanları qızışdırıb PKK üçün normal ortam yaradan HDP-çilər idi. HDP ən
azından iki il bundan öncə bağlanmalı və ordakı millət vəkillərinin bəzisi də cəmiyyətdən
təcrid olunmalı idi. Ərdoğan bu məsələdə ciddi taktiki səhvlərə yol verdi. Türkiyədə
kürd millətçiliyinin boy atıb rişələnməsində, separatizm ideyalarının
yayılmasında HDP çox böyük rol oynayırdı. “Kürd açılımı” və bu əsnada atılan
addımlar separatizmin inkişafında mühüm rol oynadı.

PKK-ya qarşı çox amansız
mübarizə aparılmalıdır. S.Demirtaş və digrləri ağıllarına gələni danışırdı.
Onları yerində oturtmaq lazım idi. HDP qapadılmalıdır. Yaxud ordakı millət vəkillərinin
çoxu cmiyyətdən təcrid olunmalıdır. Bu, gecikmiş, fəqət düzgün qərardır”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler