Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Havalar serinleşen kimi Milli Şuranın yadına mitinq düşür” – YAP-dan mitinq açıqlaması

01 Eylül 2016

1:36 pm


01/09/2016 [17:32]: xeber –
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Şuranın sentyabrın 11-ə təyin etdiyi mitinqinə münasibət bildirib. YAP-çı deputat deyib ki, Milli Şuranın təyin etdiyi sözügedən aksiya mövsümü xarakter daşıyır: “İndiyədək havalar isti keçirdi, Milli Şura da mitinq keçirmirdi. Havalar sərinləşən kimi Milli Şuranın yadına mitinq düşür. Havalar çox soyuyan kimi mitinq yenə dayanacaq. Sonra yaz gələcək, havalar istilənəcək və Milli Şura da yenə mitinq keçirməyə çalışacaq. Yəni, bunların mitinq dedikləri budur. Buna mitinq demək olmaz. Bu adamlar Azərbaycanı istəməyən xarici ölkələrdəki dairələrdən maliyyə təminatı almaq üçün bu cür addımları gündəliyə atırlar. Bununla da onlar öz aləmlərində Azərbaycana təzyiq metodu olmaq üçün özlərini xarici dairələrin gözünə soxmağa çalışırlar. Ancaq artıq bu, gecdir və hər kəs dərk edir ki, 150-200 nəfər qohum-tanışı bir yerə toplayıb “mitinq” adı ilə nə isə təşkil etməyin heç bir mənası yoxdur. Azərbaycan xalqı və cəmiyyəti öz seçimini çoxdan edib, bu adamlara “yox” deyib və indi də bu şəxslərə qoşulmur. Milli Şura da hər zaman olduğu kimi, bu dəfə də gəlib moizə oxuyub çıxıb gedəcəklər”.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler