Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hardan başlanır Veten? – ŞINIX

27 Temmuz 2016
ekindex
10:32 am


27/07/2016 [14:30]: xeber –
         Şınıx…    Əslində “Şınıx” adlanan yaşayış məntəqəsi Gədəbəy rayonunun adi, kiçik kəndlərindən biridir. Lakin buna baxmayaraq, həmin kəndin əhatəsindəki digər kiçik və ya böyük yaşayış məskənləri də çox vaxt, elə bu kəndin adıyla “Şınıx” deyə çağrılır. Bundan başqa, Şınıxa xalq arasında “Şınıxdərə”, “Şınıx eli”, “Şınıx mahalı”, “Şınıx zonası” da deyirlər.     Dediyimiz odur ki, Şınıx  ərazi və əhalı resursu baxımından kiçik bir yer olsa da, öz əhatə dairəsi ilə birgə götürdükdə rayonun mühüm strateji və təsərrüfat zonalarından biri hesab olunur.     Şınıx öz coğrafi statusuna görə də ölkəmiz üçün əlverişli, xüsusi bir mövqeyə malikdir. Bu ərazi Ermənistanın Göyçə mahalı (Krasno-Selsk rayonu) ilə sərhəddə yerləşir. Şınıx uzun illər Gədəbəyin rus (Saratovka, İvanovka),  Ermənistanın erməni (Başkənd, Çəmbərək) kəndlərinin əhatəsində yerləşmişdir. İndi Başkənd kəndinin sakinləri ərazini tərk etmişlər. Daha doğrusu, daim nifaq və münaqişə zonasına çevrilmiş həmin kənd, ordumuzun əsgərləri tərəfindən 1992-ci ildə alınmışdır.    Şınıx təkcə Azərbaycanın deyil, mübaliğəsiz demək olar ki, bütün Qafqazın ən səfalı, mənzərəli məkanlarından biridir. Bu yerlər, öz yeraltı sərvətlərinin zənginliyinə görə də diqqəti cəlb etməkdədir. Burada mineral bulaqların sayı-hesabı isə yoxdur.    Şınıx haqqında yazılı və şifahi ədəbiyyatda kifayət qədər ədəbi-bədii materiallara təsadüf etmək mümkündür.    Özünün təbiəti ilə yanaşı həm də zəhmətsevər insanları ilə tanınan bu yerlərdə görkəmli tarixi şəxsiyyətlər, ziyalılar, əmək və müharibə qəhrəmanları yetişmişdir. İndi təkcə şınıxlılar deyil, bütün Azərbaycan həmin insanlarla fəxr edir.   Bizim apardırmalarımız göstərir ki, Şınıxa zaman-zaman uzaq və yaxın ərazilərdən miqrasiya etmiş insanlar toplaşmış, habelə bu ərazidən digər yerlərə fasiləsiz insan axını olmuşdur. Bu, bəlkə də ilk baxışdan təəccüblü görünə bilər. Məsələ burasındadır ki, bu gün Şınıxda mövcud olan kənd, tayfa və nəsil adlarına, eləcə də soyadlara indiki Ermənistan və Gürcüstan ərazində, habelə Orta Asiya civarında da gen-bol rast gəlmək mümkündür.    Şınıxı rayon mərkəzindən 50-60 km-lik bir məsafə ayırır. Gədəbəydə, məlum olduğu kumu  metal, xüsusən, mis emalının tarixi çox qədimdir. Arxeoloji qazıntılar, əldə olunan faktlar bu bölgədəki əhalinin  hələ e. ə. üçüncü- ikinci əsrlərdə mis emalı ilə məşğul olduğunu sübut edir. Yeni dövrdə, 19-cu əsrin 60-cı illərində isə misin və qızılın texnoloji üsulla çıxarılıb emal olunması təzədən vüsət almışdır. Üzun illər buradakı mədənlərin səhmlərinə məşhur Simens qardaşları sahib olmuşdur. Həmin mədənlərdə işləyən mühəndis-fəhlə heyətinin tərkibində şınıxlılar da az olmamışdır.       Açığını demək lazımdır ki, almanların və eləcə də rusların (malakanların) ondoqquzuncu əsrdə Gədəbəy ərazisinə gəlməsi yerli əhalinin təsərrüfat, mədəniyyət və təhsil səviyyəsinin formalaşmasında mühüm rol oynamışdır. Elə həm də bu inkarolunmaqz təsirin nəticəsidir ki, Şınıx ziyalılarının sorağı bu gün onun hüdudlarını aşmışdır.      Z ə r u r i    q e y d.  Bəlkə də bir çoxları bilmir ki, 1879-cu ildə Zaqafqaziyada ilk dəmir yolu Gədəbəy-Qalakənd arasında çəkilmişdir. Həmin xəttin uzunluğu 30 km-a yaxın olmuşdur. 1883-cü ildə isə Qalakənd kəndində çar Rusiyası ərazisində ilk su elektrik stansiyası tikilmişdir. Halbuki həmin dövrdə Avropanın, Asiyanın (habelə Rusiyanın)  bir çox mərkəzi şəhərlərində  ağ neft lampasından istifadə olunurdu.    Gədəbəy, o cümlədən Şınıx,  özünün yerli, ölkə və dünya əhəmiyyətli abidələri ilə də məşğuldur.      Biz “Şınıx” toponiminə ən qədim yazılarda təsadüf edirik.    Yeri gəlmişkən, mən Şınıx eli, bu elin tarixi, habelə “Şınıx” sözünün (toponiminin) etimologiyası haqda bir neçə dəfə yazmışam. Hələ ötən əsrin 80-ci illərində o vaxtlar yarım milyona yaxın tirajla çıxan “Azərbaycan gəncləri” qəzetində bu mövzu ilə bağlı ilkin araşdırmalarım çap olunmuşdu. Yadımdadır, o vaxt oxuculardan, eləcə də Şınıxda yaşayan ziyalılardan xeyli sayda məktub almışdım. Şınıxlılar bu mövzuda aparılan tədqiqatın genişləndirilməsini arzu edirdilər. Amma çox keçmədi ki, bütün ölkəmiz kimi Şınıxın da başının üstünü qara buludlar aldı; axı Şınıx Ermənistanla az qala iç-içə olan bir bölgədir. Elə Göyçə mahalından qopub gələn ilk qaçqın köçünü də Şınıx qarşılamalı oldu.      Mən tarixçi və arxeoloq deyiləm. Lakin Şınıxla bağlı bəzi araşdırmalar aparmışam. Qeyd dəftərlərimdə bir çox faktlar əks olunub. Şınıx haqda nə demək olar?    Tarixə ötəri ekskursiya etsək, Şınıx sözünə ən qədim əlyazma və mətnlərdə rast gələ bilərik.      Tədqiqatlar göstərir ki, qədim türk mənbələrində “Şınıx”  bir çox hallarda “şenlik”, yəni “yaşayış məntəqəsi” mənasında işlənmişdir.     Bəzi mənbələrdə isə bu toponimin  “sınıq” sözü ilə əlaqəsi qeyd olunur. Ola bilsin ki, bununla köklü əhalinin bir qisminin nə vaxtsa Sınıq körpü yaxınlığında yaşadığı nəzərdə tutulmuşdur.    Başqa dillərdə də Şın və Şen etnonimlərinə təsadüf olunur. Məsələn, çin dilində “Şan” (Şin) sözü dağ anlamındadır. Elə  “Tyan Şan” dağı buna konkret misal ola bilər. Qazax dilində, daha doğrusu əksər türk dillərində, bu söz Tanrı dağı (Tanrı şını) mənasında işlədilir.    S i n i x i n u  sözü də bu deyilənlərə aiddir.  Assurca yazılış formasında bu söz “sinix” və “in” hissələrinə ayrılır (sondakı u hərfi assur dilində adlıq hal şəkilçisidir). Türkcə “sinq”, “çinq” (məsələn, qazaxca “şınq”, tuvaca  “şınq” və s. sözlər) sıldırım dağ yarğanı, alınmaz dağ  deməkdir.  Buradakı  “in” leksemi “yarğan”, “çuxur”, “mağara”  sözlərindəndir. (Bax: Мурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 234).   Ölkəmizdə və onun hüdudlarından kənarda bir çox “Şınıx” adlı yaşayış məskənləri olmuşdur.   Mənbələrdə oxuyuruq: Şınıx – Tiflis quberniyasının Borçalı qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Kənddə 1897-ci ildə 5 nəfər, 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır. ( Bax: Qorqodyan Z. “1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi”, İrəvan, «Melkonyan fond», 1932, 188 səh.).  İndi bu ərazidə ermənilər yaşayır.   Ermənistan ərazisindəki Şınıx yaşayış məskəni  erməni dilinə uyğunlaşdırılaraq “Şnox” kimi rəsmiləşdirilmişdir. (Bax: İbrahim Bayramov. “Qərbi Azərbaycanın türk mənşəli toponimləri”).  Şinq-Tiflis Quberniyasının Borçalı qəzasında  da Şınıx toponimi (və yaşayış sahəsi) mövcud olmuşdur. Sonralar həmin kənd “Şnex” adlandırılıb.   Bir çox mənbələrdə qeyd olunur ki, bu toponim türk dilində “əyri sıldırım dağ yamacı”,  “əlçatmaz”, “dərin çuxur, xəndək” mənasında işlənən “şın” sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir.  (Bax: Молчанова О.Т. “Структурные типы тюркских топонимов Горного Алтая”, Саратов, Издство Саратовского Университета, 1982, 256 с. ).    Əslən türkiyədən gələn (əksəriyyəti yunan olan) Dəbənd çayının vadisində Şınıx dərə adlanırdı. Qədim türk dillərində “çınq”, “şinq” sözləri  “sıldırım” mənasını verirdi.    Təəssüf ki, zaman-zaman Şınıx toponimlərinin hüdudu daralmağa başlayıb.    Yaşlı adamların dediyinə görə, Şınıxda bir neçə dəfə köç olmuşdur. Bu qədim yaşayış məskənində tapılan başdaşılar, qəbirlər, saxsı və mis qablar şınıxlıların hələ qədim zamanlardan dulusçuluq və dəmirçiliklə məşğul olduğunu sübut edir.   Sözümüzün əvvəlində dediyimiz kimi, Şınıx  strateji bir mövqedə  yerləşir. Ermənistanın Krasno-Selsk (keçmiş Çənbərək) rayonu ilə bu zonanı kiçik bir dağ silsiləsi ayırır.    Təəssüf ki, Şınıxın kəndlərində yaşayan adamların sayı ilbəil azalır. Əlbəttə, bunun bir sıra obyektiv səbəbləri var. Amma digər, belə deyək “subyektiv səbəblər”  də yox deyildir.  Belə ki, adamlar böyük şəhərlərə iş axtarmaq üçün üz tuturlar. Halbuki bu kəndlərdə minifabrik və istehsal müəssisələri yaratmaq mümkündür.    Vaxtilə Şınıx ərazisində böyük yaşıllıq sahələri, meşələr mövcud olub. Amma bu gün o yaşıl meşələrin də “günü qaradır”, yaşıllıq, bir qədər obrazlı desək təbiətin  “ciyəri”günü-gündən daralır. Çünki yanacağa böyük ehtiyac vardır.   Düzdür, son illərdə Şınıxın bir sıra kəndləri qazlaşdırılıb. Və həmin kəndlərin ərazisindəki yaşıllıq zonaları təzədən genişlənməyə başlayıb. Lakin bir çox kəndlər hələ də təbii qaz gözləməkdədir.   Şınıxda, daha doğrusu Şınıx kəndlərində, son zamanlar bir canlanma hiss olunur. Yeni müəssisə və fərdi yaşayış evləri tikilir.   Güman edirik ki, Şınıxın əvvəlki şənliyi, çalçağırlı günləri yenə qayıdacaq. Axı “Şınıx” sözünün bir anlamı da “şenlik”dir.Firuz MUSTAFA




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler