Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hansı xeyirlidir – Arxayınlıq, yoxsa ayıq omaq?

27 Eylül 2016

9:08 am


27/09/2016 [13:07]: xeber –
“Hörmətli Nazim Bayramovun “Erməni avantürası” yazısını (http://www.moderator.az/news/152820.html) “Bu “İsgəndər” kefli deyil, amma..” (http://www.moderator.az/news/152505.html) yazıma cavab kimi dəyərləndirir və müəllifin bəzi fikirlərinə münasibət bildirməyi vacib bilirəm. Çünki vacib hesab etdiyimi məsələni şəxsi planda deyil, dövlətçilik maraqları baxımından əhəmiyyətli hesab edirəm. Hörmətli müəllifin məqaləsinin leytmotivi bundan ibarətdir ki, “İsgəndər” raket komplekslərinin Rusiya tərəfindən Ermənistan ordusuna verilməsini  çox da ciddi hadisə kimi dəyərləndirməyə, düşmənin bu “mənasız silahla” öyünməsinə və bizim də narahatçılıq keçirməmizə heç bir səbəb yoxdur. Azərbaycan Ordusu düşmənin raketlərini anında məhv etməyə qadirdi, bu raketlər deyildiyi kimi dağıdıcı gücə malik deyil və sairə. Müəllifin dediyi kimi təbliğat-informasiya prinsipləri müharibədə ciddi psixoloji amildir və düşmənin istənilən üstün görsənmə təbliğatına uymaq olmaz. Hörmətli Nazim Bayramovun da belə bir xeyirxah məqsəd güddüyünü düşünmək istərdim..,amma.Yazımda “İsgəndər” raket kompleksinin taktiki-texniki imkanları barədə geniş danışmayacağımı bildirmişdim, ancaq müəllifin bəzi arqumentlərini təkzib edən faktlara müraciət etməliyəm. “İsgəndər” raket kompleksi indi nümayiş etdirilsə də, 2013-cü ilin dekabrında Ermənistana gizli şəkildə verilb və  Azərbaycan tərəfi bunu bilir. 2014-cü ilin 24 yanvarında mətbuat konfransı keçirən Ermənistan müdafiə naziri Seyran Ohanyan onlara verilən 280 km-lik “İsgəndər-E”-nin deyil, məhz 500 km-lik iki  raket buraxılışlı “İsgəndər-M”-lə təchiz olunduqlarını bəyan etmişdi. Qeyd edək ki, “M”-lər bir buraxılış qurğusundan iki raket buraxılan yeganə  kompleksdir. “İsgəndər” kompleksinin əsas vəzifəsi “Hava hücumundan müdafiə” və “Raket əleyhinə müdafiə”sistemlərinin məhv edilməsidir. Müəllifin qeyd etdiyi kimi də 4-16 dəqiqədən bir atəş etmir. İlkin hazırlıq 4-16 dəqiqə çəkir, növbəti atış isə 60 saniyə ərzində baş tutur. Birinci yazımda da qeyd etmişdim ki, bu raket kompleksinin Ermənistana verilməsi hərbi vəziyyətdən çox siyasi xarakter daşıyır və münasibətləri bir daha aydınlaşdırır. Bizim əndişələnməyimizin başlıca səbəbi bu olsa da, yenə də bu raketlərin dağıdıcı gücünü görməzdən gəlmək və “məhv edəcəyik”, “məhv ediləcək” kimi arxayın duruma düşmək, beynəlxalq aləmdə birmənalı qarşılanmaz və  düşmənin silahlanması, hərbi balansın pozulması ilə bağlı hər hansı bir etirazımız da qulaqardına vurula bilər. Dünyanın böyük gücləri “İsgəndər” raket kompleksinin öz ərazilərinə yaxın yerləşdirilməsini böyük narazılıqla qarşıladığı halda bizim arxayınçılığımız, vecə almamaq təbliğatımız hansı fövqəlgücə söykənir? Diqqətinizə bir neçə məqamı çatdıraq. 2012-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “Strateji risqlər və dünyada qlobal hərbi-siyasət haqqında” illik analitik icmalında bu məsələ belə qiymətləndirilir: “Əməliyyat Taktiki Raket Kompleksi “İsgəndər”dünyanın regionlarında hərbi-siyasi vəziyyətə təsir edən silahdır, xüsusilə qarşı tərəfin ərazisi miqyas etibarı ilə kiçikdirsə… Buna görə də “İsgəndər” kompleksinin yerləşdirilməsi və eksportu  ölkələr arasında siyasi məsləhətləşmənin predmetidir”. Rusiya Kalininqrad vilayətində raket kompleksini yerləşdirəndə də ilk reaksiyanı ABŞ verdi. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Xarf bəyan etdi ki, “İsgəndər” kompleksinin Kalininqradda yerləşdirilməsi Avropada güc balansını pozmaqla regionda vəziyyəti gərginləşdirir”. Biz ABŞ-dan, NATO-dan bu qədərmi güclü olduq ki, burnumuzun ucunda yerləşdirilən “İsgəndər”raket kompleksindən ehtiyatlanmayaq?! Litvanın müdafiə naziri Yuozas Olqakas xəbəri həyacanverici və narahatlıq yaradan məlumat kimi qiymətləndirir, bizsə arxayıncasına “ məhv edəcəyik” deyirik. Çin belə, sərhədlərinə yaxın yerləşdirilən “İsgəndər”lərdən əsəbiləşir, bizsə deyirik,”qoy yerləşdirsinlər, anında məhv edəcəyik”. Bu təxminən məşhur lətifədəki kimi “qoy o səni öldürsün, əvəzində mən onun iki qonağını öldürəcəm”ə bənzəyir. Təkrar edirəm məqsəd təşviş yaratmaq deyil, ermənilərlə bizim aramızda hərbi balansın pozulmasının həyəcan təbilini çalmaqdır. Rusiyanın destruktiv rolunu bir daha dünya ictimaiyyətinə çatdırmaqdır.İlham İsmayıl


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler