Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hakan Şükürün baş gicellendiren serveti üze çıxdı

29 Ağustos 2016

9:08 am


29/08/2016 [13:06]: xeber –
FETÖ terror təşkilatının çevrilişə cəhdlə bağlı Sakarya Cümhuriyyət Prokurorluğunun apardığı istintaq çərçivəsində keçmiş futbolçu Hakan Şükür və atası Səlmət Şükürün bank hesabları və sərvəti barəsində araşdırma başlanılıb. Hakan Şükür və atasının inşaat, tekstil, idman, turizm sahəsində fəaliyyət göstərən 7 şirkətə 30-60 faiz arasında ortaqlıq etdiyi aydınlaşıb. Həmçinin, Əmlak Komitəsindən prokurorluğa gedən sənədlərdə keçmiş futbolçu və atasının Sakaryada torpaq, mənzil və bağ evləri daxil olmaqla ümumilikdə 36 daşınmaz əmlakının və 5 avtomobilinin olduğu aşkarlanıb. İstanbulda bir inşaat firmasının Sakaryaya göndərdiyi sənəddə isə Hakan Şükür və atasının hələ kupçasını almadığı, hər birinin dəyəri 1 milyon olan 2 ədəd evi olduğu üzə çıxıb. Evlərin onların əlindən alınması planlaşdırılır. Qeyd edək ki, prokurorluq Hakan və Səlmət Şükürün sərvətinin öncədən açıqlanılan 200 milyon lirədən daha çox olacağını bildirib. (Axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler