Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hakan Şükürün atası hebs olundu

13 Ağustos 2016

6:36 pm


13/08/2016 [22:32]: xeber –
İyulun 15-də həyata keçirilən dövlət çevrilişi cəhdinin ardından Sakaryada FETÖ/PDY terror təşkilatına qarşı açılan istintaq çərçivəsində saxlanılan keçmiş milli futbolçu Hakan Şükürün atası Selmet Şükür həbs olunub.sayt Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq çərçivəsində keçmiş milli futbolçu Hakan Şükür və atası Selmet Şükür haqqında həbs qərarı çıxarılmışdı.Keçmiş milli futbolçunun atası Selmet Şükür avqustun 12-də cümə namazından çıxarkən polis tərəfindən saxlanılmışdı.Nəzarətdə saxlanıldığı zaman gecə saatlarında şəkər xəstəliyi səbəbi ilə halı pisləşən Sermet Şükür xəstəxanaya aparılmışdı. ,Şükür bu gün müalicəsi başa çatdıqdan sonra yenidən polis məntəqəsinə aparılıb. Polisdəki sorğusu tamamlanandıqdan sonra Sermet Şükür məhkəməyə çıxarılıb. Məhkəmə Selmet Şükürün həbs olunmasına qərar verib.FETÖ-ya maddi dəstək göstərməsi cinayəti ilə həbs olunan Selmet Şükür ifadəsində terror təşkilatı üzvlüyünü qəbul etməyib. İş yerində  Fətullah Gülənin 2 kitabı tapılan Selmet Şükür məhkəmədə bunları deyib: “Mən heç kimə pul verməmişəm. Terror təşkilatı üzvlüyünü qəbul etmirəm. Mən tikinti sahəsindəyəm, ticarət edirəm”.Selmet Şükür oğlu Hakan Şükür ilə bağlı verilən sualları isə cavabsız qoyub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler