Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hakan Şükür Ərdoğanı destekledi… – ADDIM

25 Ağustos 2016

8:04 am


25/08/2016 [12:03]: xeber –
Türkiyəli tanınmış futbolçu, FETÖ istintaqı zəminində haqqında saxlanılma qərarı çıxarılan Hakan Şükür özünün “Facebook” sosial şəbəkəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək yanında olduğunu ifadə edib. O, müraciətində yaşadıqlarının heç birinə layiq olmadığını deyib.Həmin müraciətin qısa məzmununu təqdim edirik:“Dəyərli dostlar, yaşadıqlarım və haqqımda söylənilənlərin heç birinə layiq olmadığım üçün çox üzülürəm. Hər zaman təmiz həyat yaşadım, yaxşılıq düşündüm. Ehtiyacı olan hər kəsə yardım etməyə çalışdım. Bəzən bu yaxşı niyyətinin qurbanı da ola bilər insan… Ailəm başda olmaqla hər birimiz bu olanlara çox üzülürük. Ailəmin heç bir fərdinin FETÖ ilə əlaqəsi yoxdur. Ortadakı iddialar qətiyyən qəbul edilə bilməz.Ümid edirəm, haqq öz yerini tapar. İllərini ölkəsinə xidmət etmək üçün sərf etmiş, ölkəsini hər yerdə tanıtmış, bayrağını dalğalandırmış bir idmançı olaraq bu şeyi yaşamaq çox çətindir. Yenidən seçilmiş dövlət başçısına, demokratiyaya qarşı edilmiş bu xain davranışı lənətləyir, şəhidlərimizə rəhmət diləyirəm. Ölkəmi, bayrağımı, millətimi çox sevdiyimi və necə təmsil etdiyimi deməyimə ehtiyac duymuram, ölkəmin hüzura qovuşmasını diləyirəm. Allah dövlətimi, ölkəmi, millətimi qorusun. Amin”.(lent.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler