Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hadı Receblinin obyektleri elinden alınmalıdır – Teleb

04 Kasım 2016

1:48 pm


04/11/2016 [17:46]: xeber –
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Hadi Rəcəbli müsahibəsində narazılıq yaradan fikirlər səsləndirib.Onun “Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?!”, – deməsi siyasilər tərəfindən də narazılıqla qarşılanıb.Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deputat səsləndirdiyi fikirlərə qarşı sərt mövqe sərgiləyib. O,  Milli Məclisdə oturanların əksəriyyətinin öz maraqlarını güddüyünü bildirib. Partiya sədri onu da vurğulayıb ki, Hadi Rəcəbli həmişə milli və dövlət maraqlarımıza qarşı olub. Onun sözlərinə görə, əvvəllər də, elə indi də Talış-Muğan Respublikasının qurulmasına çalışıb.H.Hacıyev deputatın Qarabağ əlillərinin vəziyyətindən xəbərsiz olduğunu da nəzərə çatdırıb: “Hadi Rəcəblinin Azərbaycan xalqından oğurladıqları və birilərinə yaltaqlanmaqla milyardlar qazanması onu ölkədə böyük bir mülkədara çevirib. Ona görə də, nə vətəndaş sayır, nə Qarabağ əlili. Vaxtilə Hadi Rəcəbli deyildimi, satqın Əlikram Hümbətovun yanında olan? Hadı Rəcəblinin Qarabağ əlillərinin, digər insanların sosial təminat məsələsindən danışmağa mənəvi haqqı yoxdur. O, villalarda eyş-işrət içində yaşayır. Haradan bilsin ki, Qarabağ əlili nə əziyyət çəkir?. Mən Qarabağ əlillərini partiyamızın ofisinə dəvət edirəm. Bu barədə ölkə prezidentə müraciət edəcəyəm ki, Hadı Rəcəbli və onun kimilər indi də Qarabağ əlilləri vasitəsi provakasiya edirlər. İstəyirlər ki, Qarbağ əlillərini prezidentə qarşı qaldırsınlar. Mən buna yol verməyəcəyəm. Hadı Rəcəblinin villaları, obyektləri əlindən alınmalıdır. Bu adam deputat maaşı ilə bu qədər obyektə və villalara necə sahib olub? Deputat kimi hesabat versin, görək o qədər var-dövlətə necə sahib olub”.(mia.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler