Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hadı Recebli Qarabağ qazileri ile görüşecek

05 Kasım 2016

5:40 pm


05/11/2016 [21:36]: xeber –
Son günlər Qarabağ əlilləri, veteranlar və şəhid ailələri ilə bağlı açıqlamaları ilə gündəmdə olan Milli Məclisin deputatı Hadı Rəcəbli Qarabağ qaziləri ilə görüşəcək. sayt saytı xəbər verir ki, bununla bağlı Qarabağ Qazilər birliyi mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Qaziler.az saytına bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl məclislərin birində təsadüfən Hadı Rəcəbli ilə görüşüb. “Hadi Rəcəbli mənə belə fikirlər səsləndirmədiyini söylədi. O, bildirdi ki, jurnalistlər onun fikrini təhrif edib“. Rey Kərimoğlunun sözlərinə görə, o, Hadı Rəcəbli ilə son günlər deputatın mətbuatda Qarabağ əlillərinə dərmanların pulsuz verilməsi və digər məsələlərlə bağlı söylədiyi fikirlərlə əlaqədar bir neçə dəfə telefon əlaqəsi saxlayıb. “Bununla bağlı və geniş müzakirə üçün Hadı Rəcəblinin Qarabag Qazilər birliyi, Vətən Müharibəsi birliyi, Qarabağ Əlilləri, Şəhid ailələri və Veteranları İctimai birliyinin rəhbəri ilə yaxın günlərdə görüşü olacaq. O özü bu haqda mənə məlumat verdi“.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler