Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hacıbeyovun ve Nemanzadenin İmam Hüseyn haqqında fikirleri – Layihe

08 Ekim 2016

10:08 am


08/10/2016 [14:05]: xeber –
sayt Məhərrəmlik ayının girməsi ilə bağlı başlatdığı layihənin ikinci yazısını, Ü.Hacıbəyli və Ö.F.Nemanzadənin İmam Hüseyn (ə) haqqında düşüncələrini təqdim edir.  Birinci yazını bu linkdən (http://www.moderator.az/news/153693.html) oxuya bilərsiniz. Qeyd edək ki, AMEA Fəlsəfə İnstitutunun aparıcı  elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərovla birlikdə gerçəkləşdirdiyimiz layihə çərçivəsində Azərbaycanın klassiklərinin, görkəmli mütəfəkkirlərinin Məhərrəmlik ayı ilə bağlı vaxtilə qələmə aldığı fikirləri silsilə şəkildə təqdim edirik: “20-ci əsrin əvvəllərində məhərrəmlik mərasiminin, yaxud da Aşura gününün mahiyyətinin doğru anlaşılmasına çalışan Azərbaycan-türk mütəfəkkirləri arasında milli operamızın banisi Üzeyir Hacıbəyli xüsusilə fərqlənib. Belə ki, Ü.Hacıbəyli məhərrəmlik mərasiminin və Aşura gününün mahiyyəti və mənasının doğru başa düşülməsinə çalışmaqla yanaşı, eyni zamanda həmin günlərdə müsəlmanlarının həyata keçirdikləri bəzi əməllərə də diqqət yetirib. Bunlardan biri də məhərrəmlik yaxınlaşan zaman həyata keçirilən «Heydar təpmək»dir. Hacıbəyli «Heydar təpmək»lə bağlı yazırdı ki, bu qoşunbazlıq kimi bir işdir və bunu üçün «hərb üsulunu» yaxşı bilmək lazımdır. Çünki «Heydar təpməy»i həyata keçirənlər bir növ Kərbala faciəsini canlandırmağa çalışırlar. Şübhəsiz, Hacıbəyli bunu kəskin surətdə tənqid edir və bildirirdi ki, bu cür üsullara əl atmaq İmam Hüseynə (ə) olan sevginin nümunəsi ola bilməz. Əksinə, «Heydar təpmək» kimi işlər, ancaq müsəlmanların cahilliiyni və nadanlığını ortaya qoyur. Hacıybəli yazırdı: «Sizi and verirəm Allaha, bir deyin görüm bu «heydər-səfdər» «müharibəsi»nin Kərbəla faciəsinə və imam Hüseyn təziyəsinə dəxli və təsərrüfi vardır? Hər kəs bunu mənə qandırsa-səvab eləmiş kimi olar!».Ümumiyyətlə, Hacıbəylinin fikrincə, imam Hüseynin (ə) təziyəsini elə ehtiram və qayda ilə saxlamaq lazımdır ki, burada nadanlığa və cəhalətə yer qalmasın. Əksinə, bu mərasimi həyata keçirənlər çalışmalıdırlar ki, imam Hüseynin (ə) şəhadətini doğru şəkildə hamıya çatdıra bilsinlər. Bununla da, yalnız müsəlman dünyasının deyil, həm də bu mərasimi kənardan izləyənlərin rəğbətini qazana bilsinlər. Hacıbəylinin fikrincə, bu mənada İmam Hüseynin (ə) təziyəsini ağlamaq və sızlamaq, yaxud da baş yarıb qan tökməklə saxlamaq düzgün deyil. Onun fikrincə, bu günə qədər müsəlmanları məhərrəmlik mərasimi ilə bağlı səhv yola çəkənlər isə yalançı ruhanilər və mollalar olmuşdu. Çünki ikiüzlü ruhanilər hesab etmişlər ki, məhərrəmlik mərasimi müsəlmanlar arasında ağıllı və şüurlu şəkildə həyata keçirlərsə, onda onların həmin mərasimin mahiyyətinə uğyun olmayan əməlləri həyata keçməyəcək. Bu baxımdan həmin dövrdə ikiüzlü ruhaniləri narahat edən guya, kimlərinsə imam Hüseynə (ə) hörmətsizlik etməsi məsələsi deyil. Sadəcə olaraq, müsəlmanların şüurlanması və savadlanması nəticəsində yalançı ruhanilərin, çürük fikirlilərin nüfuzlarının itirilməsidir. Hacıbəyli yazırdı: «Çürükfikirlilər qəzetəçilərin məhərrəmlik söhbətindən  acıqları tutub diyorlar ki, guya biz təziyə saxlamaq istəmirik; belə şeylər xoşumuza gəlmiyor!… Bu qəzetəçilər haqqında böyük bir iftiradır, yalandır! Biz hürriyyət, həqq və həqqaniyyət yolunda can qurban etmiş olan övladı-peyğəmbərin təziyəsini dünya durduqca hər məhərrəm yada salıb ağlamaqla bərabər arzu edirik: Əvvala:  Bu böyük və yanıqlı təziyə – hörmət və ehtiram ilə, qaidə və nizam ilə əmələ gəlsin. Və saniyən: Bu təziyə cəmaətimizin əhval və ovzaini, ovsaf və əxlaqını tərbiyəyə salıb, pis əməllərdən kənar eləsin».Bu baxımdan Hacıbəyli təklif edirdi ki, məhərrəmlik mərasiminin düzgün başa düşülməsi üçün, açıq müzakirələr keçrilməli və bu müzakirələrdə maraqlı olan hər bir tərəf iştirak etməlidir: «Mollamız da, oxumuşumuz da, avamlarımız da, intelligentlərimiz də, əsnafımız da, qərəz bir kəlmə – hamımız bir yerə yığışaq, bu barədə danışaq, hər birimiz çalışaq, qəsd və qərəzi ataq və işin sürətini əqli – səlimə tapşıraq. Hər bir sinifdən adam seçək və o adamlara məhvəl edək ki, bu təziyə işini qaidə, nizami-ehtiram və rövnəqli bir surətdə əmələ gətirmək üçün çalışsınlar, lazımi tədbir və qərarlar qoysunlar. Biz də onların qoyduqları qaidəyə əməl edib bu möhtərəm təziyəni  layiqli bir surətdə saxlayaq». Milli operamızın banisi hesab edirdi ki, bütün bunlar ona görə lazımdır ki, müsəlmanların, o cümlədən uşaqların 20-ci əsrdə küçələrə tökülüşərək zəncir vurmaları, başlarını yarmaları birincisi, imam Hüseynin (ə) şəninə ucalıq gətirmir, ikincisi isə əcnəbilərin istehzalarına səbəb olur. O yazırdı: «Bəzi mərsiyəxanların övladi-peyğəmbərə yaraşmayan sifətləri, onlara istinad vermələri, bu qəsidələr ilə avam camaat çox ağlasın, mərsiyəxanların avam camaatın əxlaqını pozan «fitvaları» ki, hər kəs göz yaşı töksə – hər bir günahından azaddır ki, guya imamı ağlamağımızdan məqsəd – tək bir günahdan azad olmaq üçündür. Deməli, günahı olmayan ağalmasa da olar!… Halbuki, bu cür fitvalar, əvvəla sidqi – dil ilə ağlamağı aradan götürüb və saniyən cəmi oğruları, quldurları, qatilləri, mərdiməzarları, ev yıxan və ocağı kor qoyanları arxayın edib pis və murdar əməllərinə daha da şövqləndirir!».Üzeyir Hacıbəylinin müasirlərindən olan tanınmış «molla nəsrəddinçi», mütəfəkkir Ömər Faiq Nemanzadə də bir çox məqalələrində məhərrəmlik mərasiminə toxunub. Ö.Faiq yazırdı ki, müsəlmanlar məhərrəmlikdə baş-gözünü yarıb qan tökməkdənsə, həzrəti imam Hüseynin (ə) millət yolunda şəhidliyini öyrənməli, onun şəhadətindən doğru nəticə çıxarmalıdır. O yazırdı: «Nə hacət, hər il məhərrəmlikdə zahirən başımıza kül-saman töküb üst-başımızı qanlara bulayıb, guya böylə əməl və rəftarlar ilə matəmini  saxladığımız nuri-çeşmi-millət, müxəffər şühadayi-ümmət olan həzrəti imam Hüseyn əleyhsalamın vaqeyi-şəhadəti bizlərə nümuneyi-ibrət, misali-qeyrət deyilmi? Heyif, sədd həzar heyif ki, o şahidi-millətpərvərin matəmini bu zəmanəyə görə özgə cür tutmaq, mərsiyələrimizi daha təzə bir sayaq millətpərvəranə üzrə oxutmaq lazım gəldiyi halda sahibinin niyyəti və məsləkindən bixəbər hərəkət edən cansız maşın kimi qayırdığımız iş və əməldən özümüz də bixəbər bulunuruq». Şübhəsiz, Ömər Faiq bu fikirlərində tamamilə haqlı idi. Çox təəssüf ki, həmin dövrdən bir əsr keçməsinə baxmayaraq, bu günün özündə də bir çoxları imam Hüseynin (ə) şəhadət yolundan xəbərsizdir. Ancaq buna baxmayaraq, özlərini imam Hüseyn (ə) əqidəsinin davamçıları hesab edirlər. Çünki bu cür müsəlmanların fikrincə, əgər bir müsəlman məhərrəmlik günündə göz yaşı axıdırsa, zəncir vurursa, hətta başını yarıb qanını tökürsə, deməli, o peyğəmbər övladının layiqli davamçısıdır. Məhz bütün bunları nəzərə alaraq Nemanzadə yazırdı: «Məhərrəm ayının beş-on günündə aciz uşaqlar kimi yalnız başımıza küllər töküb zəncirlərlə öz-özümüzü vurub yaralamaq, ayə, ali bir niyyət uğrunda şəhid olan bir nümuneyi qeyrət o mücəssəmi həmiyyət üçün yas və matəm saxlamaqmıdır? Hər insaf sahibindən sorarım: lazım deyilmidir ki, hər kəs tutduğu işin, icra etdiyi matəmin nədən ötrü və nə cür bir zati-şərif üçün olduğunu layiqi ilə bilsin».Bu baxımdan Ömər Faiq haqlı olaraq hesab edirdi ki, imam Hüseynin (ə) şəhadət yolunu anlamaq üçün ilk növbədə, peyğəmbər övladının bir ovuc tərəfdarı ilə öz qüvvətindən neçə min kərə artıq olaq qüvvətə qarşı dayanmağın məqsədini, eyni zamanda «nə üçün bu riqqətəngiz, o ciyərsuz hal ilə şəhadətə, o dəhşətamiz surət ilə fədaicanə razı olmasının» səbələrini bilmək lazımdır. Nemanzədə yazırdı: «Qəksiz ki, qeyrət və həmiyyəti qəlbi ali hümmətinə sığmayan bu millət aşiqi şəhadəti-ölümü, xeyr, bu ölüm surətində əbədi varlığı, əsarət və həqarət ilə yaşamağa tərcih verdi. Şəksiz ki, təlüqatının, hümmətinin hüququnu mühafizə etmək, hürr və müstəqil yaşamaq, özgələrə boyun əyməmək ən birinci müqəddəs niyyəti idi. Şəksiz ki,  niyyət buyurduğu kimi həyat olmadığı surətdə məqsədi-alisi, hüquqi-qövmiyyəsi, istiqbali milliyyəsi yolunda qurban olmağı canına minnət bildi.Şəksiz ki, niyyət və məsləkində səbat və qərar edib Kərbəla dəhşətini hürriyyəti-vicdaniyyə, əsbiyyəti-qövmiyyə, heysiyyəti-milliyyə, hüquqi-insaniyyə qanına qərq etməyi məhz o tbkülənqanların verdiyi qüvvətlə gələcəkdə açılacaq olan millət çiçəklərinin hüsn-surətlə yaşamaqları üçündür. Heyhat, harda o niyyətlər, o fədailiklər, harda bizim bugünkü qafilanə rəftarımız, başlarımıza biməna, cahilanə kül-saman tökməklə iktifa etəmyimiz?».Bizə elə gəlir ki, bu gün məhərrəmlik mərasminin yəni imam Hüseynin (ə) əqidəsinin və şəhadətinin mənasının və mahiyyətini anlamaq üçün Ü.Hacıbəyli və ÖF.Nemanzadə kimi mütəfəkkirlərimizin irsinin öyrənilməsinə çox böyük ehtiyac vardır. Çünki onlar imam Hüseyn (ə) əqidəsindən, şəhadət yolundan islamın və Quranın mahiyyətindən xəbərdar insanlar kimi bəhs edirdilər. Ancaq hazırda sıralarımızda elələri tapılır ki, islamın və Quranın, o cümlədən imam Hüseynin (ə) şəhadət yolunun mahiyyətini öyrənmədən və dərk etmədən, hansısa yanlış mülahizələrdən çıxış edirlər. Bu baxımdan mütəfəkkirlərimizin məhərrəmlik mərasimi, o cümlədən imam Hüseynin (ə) şəhadət yolu ilə bağlı fikirlərinin bir çoxlarımıza doğru yolu göstərməsi inancındayıq”.  Davamı var…Layihə müəllifi: Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler