Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hacıbeyli qardaşları ile bağlı deyerli kitabın teqdimatı keçirildi

20 Eylül 2016

11:40 am


20/09/2016 [15:38]: xeber –
Üzeyir Hacıbəylinin ev muzeyində Ceyhun bəy Hacıbəylinin mühacirət həyatından bəhs edən “Qürbətdən gələn səslər” adlı kitabın təqdimatı keçirilib.Təqdimat Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub. Tədbirdə muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Üzeyir bəy dühasından söhbət açıb, Hacıbəylilər ailəsinin sonbeşiyi Ceyhun Hacıbəylinin mühacirət həyatından danışıb.sayt xəbər verir ki, kitab Ceyhun bəy Hacıbəylinin Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən arxiv sənədlərindən, məktublardan, epistolyar yazılarından və digər mənbələrdə olan sənədlərdən istifadə edilməklə hazırlanıb. Adı çəkilən nəşr Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini, yazıçı-jurnalist Aslan Kənanın gərgin əməyi sayəsində ərsəyə gəlib. Əlli illik bir dövrü (1912-1962-ci illər) əks etdirən bu məktublarda şikayətlər, haqsızlıqlar, ağır həyat tərzi ilə yanaşı, mətbuat səhifələrində Azərbaycanla bağlı dərc olunan yazılar, Vətəndə gedən hadisələr öz əksini tapıb.Tədbirdə Aslan Kənan kitabın əhəmiyyətindən söz açıb. Bildirib ki, kitab “Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanıb.Kitabın redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov Ədəbiyyat və İncəsənət Arxivinin böyük həcmli materaillarından istifadə edilməklə ərsəyə gələn bu kitab vasitəsilə tədqiqatçıların tarixin çox dəyərli və az öyrənilmiş məqamları ilə tanış olmalarına imkan yaradacağını bildirib.Diqqətə çatdırılıb ki, 1990-cı illərin əvvəllərində UNESCO-nun səlahiyyətli nümayəndəsi olmuş Ramiz Abutalıbov Ceyhun Hacıbəylinin sənədlərini Fransadan Vətənə gətirməkdə əvəzsiz xidmətlər göstərib. O, bu missiyanı üzərinə götürərək, mühacirət həyatı sürmüş bir çox şəxslərə aid olan sənədləri də ölkəmizə gətirməyə müvəffəq olub. Həmin sənədlər arasında Ceyhun bəyin ayrı-ayrı siyasi xadimlərlə yanaşı, qardaşı, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə bağlı məktubları da diqqəti cəlb edir. Tədbirdə incəsənət ustalarının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası, “Sevgili canan” romansı, “Arazbarı”, “Aşıqsayağı” və digər musiqiləri səsləndirilib.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler