Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hacı Tahiri Elmar Veliyevin qezebine getiren sebeb…

11 Kasım 2016

12:36 pm


11/11/2016 [16:35]: xeber –
Gəncədəki mənbələrimizdən icra başçısı Elmar Vəliyevlə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi və “İmamzadə” dini kompleksinin baş axundu Hacı Tahir Abbaszadə arasında yaşanan və mediada geniş ilgi görən insidentlə bağlı sayt-a ilginc məlumat daxil olub. Bildirlir ki, Elmar Vəliyevin bu dəfəki qəzəbinin səbəbi onun xəbəri olmadan Hacı Tahirin Aşura günü İmamazdədə “özbaşına” fəaliyyət göstərməsi olub. Belə ki, hər dəfə Aşura günlərində Gəncədə qeyri-rəsmi fövqəladə vəziyyət rejimi tətbiq edən Elmar Vəliyevin iradəsi əleyhinə olaraq Hacı Tahir həmin dini mərasimi kamera ilə çəkdirərək öz arxivi üçün saxlamaq istəyib. Bu məsələdə əslində Hacı Tahirin hər hansı bəd niyyəti də olmayıb, sadəcə o hər il olduğu kimi bu dəfə də İmamzadədəki mərasimin möhtəşəmliyini tarixin yaddaşına köçürərək fəaliyyətinin bir hissəsi kimi gələcək nəsillər üçün saxlamaq istəyib. Bundan xəbər tutan icra başçısı isə qəzəblənib ki, bütün telekanallara hər hansı çəkilişin qadağan olunmasına baxmayaraq Hacı Tahir bu tələbə məhəl qoymayıb. Elmar Vəliyevi özündən çıxaran əsas məqamsa kameranın icra hakimiyyətinə məxsus olması olub. Nazir Quliyev adlı kameraman məsələnin bu qədər əndazəni aşacağını ağlına da gətirməyib. Buna qəzəblənən başçı hətta ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədovu bərk danlayıb, hətta əvvəlcə onu işdən çıxardığını desə də bir müddət sonra əfv edərək işinə davam etməsinə razılıq verib. Beləcə Aşura günündən başlayan gərginlik səngimək əvəzinə daha da artmağa başlayıb və son nəticədə Hacı Tahir vəziiyyəti rəhbərliyə çatdırmaq üçün Bakıya üz tutub. Qeyd edək ki, olayla bağlı ilk olaraq “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat yayıb:”Gəncədə böyük savaş başladı. Şəhərin icra başçısı Elmar Vəliyev “İmamzadə”yə hücum etdirib dindarları həbs etdirdi. Hacı Tahir Gəncədən çıxmağa məcbur oldu və zəng edib: “Ramil Usubova müraciət edirəm, məni yolda saxlayıb həbs etdirməyə çalışsalar, intihar edəcəyəm!” dedi.Gör balaca və cuppulu diktator Elmar Vəliyev şəhəri hansı vəziyyətə salıb. Allahşükürün rəsmi nümayəndəsi belə şəhərdən qaçaq düşdü…”Bu xəbər paylaşılandan bir saat sonra sayt-ın əməkdaşı Hacı Tahirlə əlaqə saxlayaraq nə baş verdiyi ilə maraqlanıb və yayılan xəbərlərə aydınlıq gətirməsini xahiş edib. Hacı Tahirin çaşqınlıq içərisində olduğu ilk andaca sezilib, gah yolda, gah hansısa yas mərasimində olduğunu və hökmən bir saat sonra özü telefonla bizi arayacağını bildirib. Amma sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Odur ki, istər onun, istərsə də Gəncə İcra hakimiyyətinin mövqeyini işıqlandırmağa hazır olduğunu bildiririk. Mövzunu diqqətdə saxlayacağıq.  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler