Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hacı namizedlerin Ərefat seferi başlayıb – Kebeden insan menzereleri

10 Eylül 2016

1:24 pm


10/09/2016 [17:21]: xeber –
sayt xarici mətbuata istinadən xəbər verir ki, müqəddəs torpaqlarda həcc həyəcanı artaraq davam edir. Kəbəyə gələn 2 milyondan artıq hacı namizədi Ərəfat səfərləri başlayana qədər vaxtlarını Kəbədə ibadətlə keçirməyə çalışıb.  Hacı namizədlərinin artıq “hacı” adını almalarına yalnız saatlar qalıb.  Həcc mərasimini yerinə yetirmək üçün Beytullaha gələn hacı namizədləri Ərəfat səfərinin başlamasına saatlar qalana qədər əllərindən gəldiyi qədər Kəbədə vaxtlarını keçirib, ibadətlərini etməyə çalışıb. Hərəmi Şərif günün hər saatı insan axınına məruz qalıb. İnsanlar xüsusən namazlarını Kəbədə qılmaq üçün sanki sel olub, küçələrə axışıb. Müqəddəs məkanlar bu günlərdə sanki kiçik bir Birləşmiş Millətlər Təşkilatını (BMT) xatırladıb. Hər dildən, hər rəngdən və hər irqdən olan insanlar çiyin-çiyinə ibadətlərini yerinə yetirib, başda öz ölkələri olmaqla müsəlman ölkələri üçün dua və niyaz ediblər. İstər Kəbənin içi, istərsə də ətrafı hacı namizədlərlə aşıb-daşarkən Kəbəyə daxil olanlar “Bir daha girə bilməmək” həyəcanı ilə gün boyu bayıra çıxmamağa üstünlük veriblər. Xidmətlərin dayandırılması və taksi qiymətlərinin qaldırlmasına baxmayaraq hacı namizədləri hər cür çətinliyi gözə alaraq Kəbəyə çatıb. Bəziləri yaşlı yaxınlarını təkərli arabalarda saatlarla yol qət edərək çatdırıb, bəziləri də uşaqlarını qucaqlarına alaraq Kəbəyə gəlib. Kəbənin hər sahəsində bir-birindən fərqli görüntülər yaranıb. Bəziləri təvaf edərkən bəziləri namaz qılıb, bəziləri Sefa-Mervəda say ibadətini yerinə yetirib. Qurani-kərim oxuyanlar, dua edənlər, yatanlar, üzərindəki paltarlarını günəşdə qurudanlar Kəbənin mənəvi atmosferindən daha çox yararlanmaq üçün  gecə və gündüzlərini burada keçirməyə çalışıblar. Ana ataları vacib ibadətlərini yerinə yetirərkən, uşaqlar da yüz minlərlə gülümsəyən gözlərin altında Kəbədə oyunlar oynayıb.Hacı namizədlərinin dilində dualar əskik olmayıb. Səudiyyə Ərəbistanı orqanlarının verdiyi məlumatlara görə, 71 ölkədən gələn hacı namizədləri, xüsusən təvaf əsnasında öncə öz vətəni, sonra isə bütün İslam coğrafiyası üçün yüksək səslə dualar ediblər. Hacı namizədləri bol-bol dua edib, zəmzəm suyundan içib Kəbənin mənəvi atmosferindən yararlanıblar. Kəbədəki ibadətlərinə 24 saatlıq ara verən hacı namizədlərin Ərəfat səfəri başlayıb. Ərəfatdakı “Vakfe Duasının” ardından gün batımıyla Müzdelifəyə hərəkət edəcək hacı namizədləri burada məğrib və işa namazlarını qılaraq “Müzdelife Vakfesini” edəcəklər. Buradakı vəzifələrini yerinə yetirdikdən sonra 5 kilometr piyada yol qət edərək Minaya çatacaq və burada “Böyük şeytana” daş atacaqlar. Hacı namizədlər daha sonra Məkkəyə qayıdacaqlar. Bu zaman qurbanlarını kəsdirən hacı namizədləri təraş edib, ehramdan çıxacaqlar.Hazırladı: Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler