Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gürcüstandan getirilen 10 tona yaxın meyve Azerbaycana buraxılmadı

05 Temmuz 2016

3:32 pm


05/07/2016 [19:29]: xeber –
Məhsulda karantin tətbiq edilən zərərli orqanizm aşkarlanıb.Gürcüstandan Azərbaycana idxal olunan 9,2 ton nektarin və şaftalı geri qaytarılıb.Kənd Təsərrüfatı Nazirliyindən sayt -a verilən məlumata görə, bu gün Gürcüstandan Azərbaycana daxil olan 9,2 ton nektarin və şaftalı məhsulundan götürülən nümunələr Respublika Karantin-Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanılıb. Ekspertiza nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən “Kaliforniya qalxanlı yastıcası” (Quadraspidiotus perniciosus Comstock) aşkar edilib.“Kaliforniya qalxanlı yastıcası” polifaq karantin obyekti olub, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, zoğal, naringi və s. kimi ümumilikdə 270-ə yaxın bitki növü ilə qidalanır. Zərərvericinin respublikanın bitki örtüyü üçün təhlükəliliyini nəzərə alaraq yük ixracatçı ölkəyə geri qaytarılıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler