Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gürcüstan parlamentinin azerbaycanlı namizedleri…

08 Ekim 2016

12:56 pm


08/10/2016 [16:55]: xeber –
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. sayt modern.az saytına istinadən parlament seçkilərinə qatılan bir neçə azərbaycanlı barədə məlumatı təqdim edir: Azər Süleymanov Gürcüstan “Vahid Milli Hərəkat” Partiyasının üzvüdür. Namizədliyi Marneuli rayon 35-ci Seçki Dairəsindən majoritar qaydada irəli sürülüb. Samirə İsmayılova “Gürcüstan Azәrbaycanlı Tәlәbәlәr Assosasiyası”nın sәdridir. Gürcüstandakı xidmətlərinə görə Gürcüstanın sabiq  prezidenti Mixail Saakaşvili tәrәfindәn “Şәrәf” ordeni ilә tәltif olunub. Qəzənfər Məmmədov Saqareco rayonundan majoritar qaydada deputatlığa namizədliyini irəli sürüb. Ramiz Bəkirov da deputatlığa namizədliyini irəli sürən müstəqil namizdələr arasındadır. Savalan Mirzəyevin namizədliyi  hakim “Gürcü Arzusu-Gürcüstan” siyasi birliyi tərəfindən parlamentə Qardabanı rayonundan irəli sürülüb. O, həm də baş nazirin köməkçisidir. Xatırladaq ki, Gürcüstan parlamentinə keçirilən seçkilərdə 40-a yaxın azərbaycanlı deputatlığa namizədliyini verib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler