Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Günde bir mescid açıb inanclı insanları zindanlara dolduracaqlarsa…”

24 Haziran 2016

8:28 am


24/06/2016 [12:27]: xeber –
Son
vaxtlar Azərbaycanda inşa edilən məscidlərin sayı artsa da, dini kəsimə qarşı həbslər
azalmır. Maraqlıdır, gündə bir məscid tikib inanclı kəsimi həbsxanaya doldurmaq
nə dərəcədə məntiqlidir? Əgər o məscidlərdə ibadət etməyə adam olmayacaqsa, o
zaman məscidlərin sayını artırmağın nə mənası var?

Bununla
bağlı sayt-a açıqlama verən İnanclı kəsimin hüquqlarını Müdafiə Komitəsinin
sədri Eldəniz Quliyev belə getsə məscidlərin muzey və arxiv idarələri kimi fəaliyyət
göstərəcəyini vurğulayıb:

“Gündə
bir məscid açıb inanclı insanları zindanlara dolduracaqlarsa, onda həmin məscidlər
az sonra ibadət yerindən daha çox, muzey, kitabxana, yaxud arxiv binaları kimi
fəaliyyət göstərəcəklər…

Bunlar
bir sadə həqiqəti anlamırlar: inanclı insanlara, din xadimlərinə lazımi hörmət
sərgilənməsə, elmlə imanın vəhdətinin yaranmasına səmimi şəkildə cəhdlər edilməsə,
inşa edilən heç bir dini obyekt Allah evi kimi qəbul olunmayacaq”.

 

Seymur
Əliyev

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler