Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Günde 40 siqaret çeken balaca uşaq 8 il sonra – Fotolar

05 Eylül 2016

10:40 am


05/09/2016 [14:39]: xeber –
Gündə 40 dənə (iki qutu) siqaret çəkən 8 yaşlı oğlanın yeni fotoları yayılıb. 8 il əvvəl balaca Rizal Ardinin gündə 40 siqaret çəkməsi xəbəri internetdə böyük səs-küy yaratmışdı. Tütün asılılığından əziyyət çəkən oğlan 8 ildən sonra yenidən ortaya çıxıb. Kütləvi informasiya vasitələrində Rizelin gündə 40 siqaret çəkməsi xəbəri çıxdıqdan sonra bir sıra uşaq təşkilatları balaca oğlana kömək etməyi və ona sağlam həyat tərzini öyrətməyi öz öhdəliyinə götürüb. Amma bu dəfə də balacanın siqaret asılılığı durmadan yemək yemə istəyi ilə əvəz olunub. Sözsüz ki, bu onun çəkisinin xeyli artmasına gətirib çıxarıb. O vaxtdan oğlan qarşısıalınmaz yemək istəyini aradan qaldırmaq üçün bir sıra prosedurlardan keçib. Və nəhayət ki, o, sağlam həyat tərzinə keçə bilib. Bu gün Ardi səhhətinə ciddi fikir verir və sağlam qidalanmağa çalışır. Ən sasə isə 8 il əvvəl gündə 40 siqaret çəkməsi ilə dünyanı şoka salan oğlan indi siqaret çəkmir və zərərli vərdişlərdən tamamilə uzaqdır.(Publika.az ) 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler