Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gülenin Ərdoğana şok sui-qesd planı…

16 Temmuz 2016

10:04 pm


17/07/2016 [02:02]: xeber –
Fətullah Gülən (FETO) şəbəkəsinin çevrilişə cəhd edən bir qrup hərbçi üzvlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı gizli planları ortaya çıxıb. Bu barədə “İhlas” agentliyi məlumat yayıb. Məlumata görə, “Yurdda Sülh Şurası” adlandıran qrup Mərmərə otelində Ərdoğana qarşı sui-qəsd təşkil edib, ölkədə xaos yaratmağı hədəfləyirdi. “Polkovnik Albay Zəkinin əmri ilə İzmirdəki hərbi bazadan 40 bordo bereli və 3 helikopter hərəkətə başlayaraq prezidentin qaldığı otelin yaxınlığıda mövqe seçib. Ərdoğanın mühafizəçiləri ilə yaşanan güclü atışmada qruplaşma üzvləri geri çəkilmək məcburiyyətinə qalıblar. Planın baş tutmadığını görən təxribatçıların bir qismi helikopterlərlə İzmirə qayıdıb. Daha sonra polisin təşkil etdiyi əməliyyat zamanı 2 polkovnik olmaqla, 9 hərbçi saxlanılıb”, – məlumatda vurğulanıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler