Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gülenden müsahibe alan Qenire tecili Bakıya çağırıldı – İŞDƏN ÇIXARILACAQ

22 Temmuz 2016

1:32 pm


22/07/2016 [17:31]: xeber –
ANS TV-nin ABŞ-a ezam olunmuş xüsusi müxbiri Qənirə Ataşaova Bakıya çağırılıb.sayt xəbər verir ki, bu haqda azxeber.com-a ANS TV əməkdaşları məlumat verib.Məlumata görə, Qənirə Ataşova iyul ayının 30-da Bakıya gələcək. Telekanal rəhbərliyi Ataşovadan izahat alacaq və Ataşovanın nəyə görə türkiyəli jurnalistlərlə mətbuat konfransını tərk etmədiyi və Fətullah Gülənin evinə daxil olaraq müsahibə alması müzakirə olunacaq.Eyni zamanda telekanalın ciddi dəyişikliyə gedəcəyi və Ataşovanın işdən azad olunacağı da deyilir.Qeyd edək ki, ANS-in baş direktoru Mirşahin Ağayev bir neçə gün öncə hadisəylə bağlı açıqlamasında demişdi: “Bizim əməkdaşımızın Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi belə həssas məqamda ciddi ehtiyatsızlıq idi və mən etiraf edirəm ki, bu addımın Azərbaycan və Türkiyə arasında belə böyük narahatlıq yaradacağını güman etməzdim. Bu ciddi xətadır və mən buna görə ANS rəhbərliyi adından Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm. Məncə, bizim ən böyük səhvimiz – Türkiyə pasportuna malik jurnalistlərin mətbuat konfransından kənarlaşdırılması zamanı onlarla həmrəylik nümayiş etdirərək tədbiri tərk etməməyimizdir”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler