Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gülençilere qarşı yeni dalğa olacaqmı? – Deputatdan açıqlama

02 Eylül 2016

9:56 am


02/09/2016 [13:54]: xeber –
Millət vəkili Fəzail Ağamalı Daxili işlər naziri Ramil Usubovun Türkiyəyə səfərindən sonra Azərbaycanda Fətullah Gülən hərəkatı ilə bağlı yeni həbs dalğasının baş verib verməyəcəyi ilə bağlı gözləntilərini açıqlayıb.F. Ağamalı  qeyd edib ki, iyul ayının 15-də Türkiyədə qanuni hakimiyyətin zorakılıqla devirib idarəetməni almaq istəyənlərin içərisində Azərbaycanda yaşayanlar da varsa onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir: “Bu tamamilə normal bir yanaşmadır. Türkiyə bizim müttəfiq, qardaş ölkədir. Ona dəymiş olan zərbə eyni zamanda Azərbaycana dəymiş kimi dəyərləndirilir. Bu baxımdan daxili işlər naziri Ramil Usubovun Türkiyə səfərini də yüksək qiymətləndirirəm. Bu bir daha Azərbaycan və Türkiyə arasında bütün səviyyələrdə yüksək münasibətlərin olmasının yeni bir ifadəsidir. Onlar arasında aparılan danışıqlar, fikir mübadiləsi haqqında tam təsəvvürümüz olmasa da, nəticə ondan ibarətdir ki, iyulun 15- də dövlət çevrilişinə cəhd edənlərin hamısı öz cəzasını alacaq”.Ramil Usubovla görüşdən sonra Türkiyə daxili işlər naziri Əfqan Alanın istefaya göndərilməsi məsələsinə gəlincə isə , millət vəkili vurğulayıb ki, istefanın bizim nazirlə keçirilən görüşə aidiyyatı ola bilməz: “Çünki səfər əvvəlcədən ümumi protokol qaydalarına əsasən razılaşdırılır. Nazir sıradan vətəndaş deyil. Ramil Usubov rəsmi şəxsdir. Çox nüfuzlu bir quruma rəhbərlik edir. Səfər qarşı tərəflə razılaşdırıldıqdan sonra reallaşdırılır”.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler