Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gülen zabitlerinin dehşetli işgence metodu

01 Ağustos 2016

2:24 pm


01/08/2016 [18:21]: xeber –
Türkiyə Silahlı Qüvvələrinin zabiti Kazım Çıraqoğlu FETÖ-çu zabitlərin ona verdiyi işgəncələrdən danışıb. Axar.az xəbər verir ki, uşaqlıqdan pilot olmaq xəyalları qurduğunu deyən Çıraqoğlu Hərbi Hava Məktəbində yaşadığı əziyyətlərdən söz açıb. O, Fətullah Gülən tərəfdarı olan zabitlərin ona fiziki və psixoloji işgəncə verdiklərini bildirib: “Bizə çox sərt təlimlər keçirdilər. Hələ mülki formada ikən məni yerdə sürünməyə məcbur etdilər. Huşumu itirdim, ayıldıb yenidən təlimə davam etməyə məcbur etdilər. Mənə deyirdilər ki, sən buranı bitirə bilməyəcəksən, nə qədər ki, gec deyil, ayrıl burdan. Ağıllı uşaqsan, get tibb fakültəsində oxu. Bir dəfə təlim zamanı bilmədən qarışqanı tapdaladığım üçün məni düz 7 saat qarışqadan üzr istəməyə məcbur etdilər. Davamlı olaraq 7 saat “Səndən üzr istəyirəm, qarışqa” dedim. Gündə, sadəcə, 1 saat yatmağa icazə verirdilər. Yuxudan oyandıranda da şlanqla üstümüzə buz kimi su vururdular”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler