Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gülen qruplaşmasının ermeni heyranlığı – ARAŞDIRMA

30 Ağustos 2016

8:16 pm


31/08/2016 [00:13]: xeber –
sayt saytı araşdırmalar nəticəsində Türkiyədə hərbi çevriliş cəhdində və “paralel dövlət” qurmaqda ittiham edilən Gülən qruplaşması ilə ABŞ-dakı erməni lobbisinin əməkdaşlığını və isti münasibətlərinin olduğunu aşkar edib.15 iyul tarixində Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra artıq qəti şəkildə Fəthullah Gülən qruplaşmasının bir CIA (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) proyekti olduğu aydın oldu. ABŞ kəşfiyyat orqanları bu qruplaşma vasitəsilə əsasən müsəlman əhalinin məskunlaşdığı ölkələrdə öz fəaliyyətini genişləndirməyə nail olub. ABŞ bu qruplaşmaya hərtərəfli dəstək göstərib və Güləni beynəlxalq miqyaslı ruhani lider kimi dünyaya tanıtmağa çalışıb. Bu məqsədlə dünyanın inkişaf etmiş ölkələrindəki pristijli universitetlərin ev sahibliyində simpozium və elmi konfranslar təşkil edilib, Gülənin dinlərarası dialoqa töhfələri olduğu iddia edilib, Gülən qruplaşması mötədil islam ideyalarının daşıyıcısı və təbliğatçısı kimi təqdim edilib.http://fgulen.com/tr/turkce/263-hayati/fethullah-gulen-ve-hareket-hakkinda/15251-fethullah-gulen-hocaefendi-hakkinda-yapilan-sempozyum-ve-konferanslarBu konfranslardan ilki 26-27 aprel 2001 tarixlərində Vaşinqtonda Corctaun Universitetində keçirilib. “İslamda modernləşmə: Fəthullan Gülən və modern İslam” mövzusunda keçirilən konfransda çıxış edən amerikalı və türk elm adamları Gülən qruplaşmasının təbliğatını aparıb. Belə konfraslar sonrakı illərdə ABŞ-ın Kolumbiya, Luiziana, Hyuston, Texas, Rays, Oklahama, Santa Klara, Almaniyanın Potsdam, Bochum, İngiltərənin London İqtisadiyyat Məktəbi, SOAS, Hollandiyanın Erasmus və s. universitetlərdə təşkil olunub.  sayt saytı aşkar edib ki, 2009-cu ilin 4-5 dekabr tarixlərində ABŞ-ın Los – Anceles şəhərində Gülən qruplaşmasına aid lobbi təşkilatı olan Pasifik İnstitutu ilə ABŞ-ın Cənubi Kaliforniya Universitetinin təşkilatçılığında keçirilən “Şərq-Qərb kəsişməsi: Gülən Hərəkatı” mövzusunda konfransa dəvət edilən ABŞ Erməni Hüquqşünasları Dərnəyinin sədri, ABŞ-dakı erməni lobbisinin aparıcı fiqurlarından biri olan Edvin Minasyan çıxışında Fəthullah Gülənin bütün ortodoksların patriarxı və erməni patriarxı ilə dostluğunu xatırladaraq Gülən ideyalarına rəğbətini ifadə edib, Gülən qruplaşmasının erməni lobbisi ilə dostluq və dialoq təşəbbüslərinə dəstəyini bildirib.Edvin Minasyanın konfransdakı çıxışını təqdim edirik.Xatırladaq ki, Türkiyənin keçmiş baş naziri Ahmet Davutoğlu da 2015-ci ildə çıxışlarının birində ABŞ-dakı erməni lobbisi ilə Gülən qruplaşması arasında əlaqələrin mövcud olduğunu, hər ikisinin Türkiyənin beynəlxalq imicinə zərbə vurmağa çalışdığını qeyd etmişdi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler