Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Gülen işi”nden Qarabağadek -Böyük bazarlıq başladı

29 Ağustos 2016
5:20 am


29/08/2016 [09:16]: xeber –
Türkiyə-ABŞ münasibətləri üçün kritik bir həftə arxada qaldı. Doğrudur, Birləşmiş Ştatların yüksək vəzifəli mütəxəssislərindən ibarət nümayəndə heyətinin ardınca ABŞ-ın vitse-prezidenti Co Baydenin qardaş ölkəyə səfəri “Gülən işi”nə konkretlik gətirmədi, ancaq bəzi qiymətli dəqiqləşmə və mesajlar, hər halda, oldu. Öncə Baydenin Türkiyədə Fətullah Gülənlə bağlı verdiyi ən yadda qalan açıqlamalarına diqqət yetirək. Sitat: “Biz Türkiyənin səlahiyyətli şəxsləri ilə əməkdaşlıq edirik. Hüquqşünas mütəxəssislərimiz türk həmkarları ilə çalışır, dəlil və sənədləri araşdırırlar. Bu dəlil və sənədlər ABŞ məhkəməsinə təqdim ediləcək. Bu şəkildə Fətullah Güləni təhvil verə bilərik. Bizim heç bir şəkildə hər hansı şəxsi qorumaq, xüsusilə müttəfiqimizə zərər verən şəxsi qorumaq niyyətimiz yoxdur, amma qanunlarımıza boyun əymək məsuliyyətimiz də var. Bu, bir az zaman alacaq”. “Kaş ki Gülən başqa ölkədə olaydı… Güləni vermək nə mənim, nə də Obamanın əlindədir. Onun ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək”. Bunu da Bayden Türkiyənin ali rəsmi şəxsləri ilə görüşündən sonra bəyan etdi.*****ABŞ vitse-prezidentinin sözlərindən belə bir ilkin qənaət hasil olur ki, Ağ Ev hazırkı həssas məsələdə hüquqi proseduru bəhanə edib müəyyən “taym-aut” götürmək niyyətindədir. Yəni, indilikdə Gülənlə ilgili mürəkkəb dilemmanı həll etməyə hazır və qadir deyil, eyni zamanda Amerika Türkiyəni də itirmək, incitmək istəmir. Odur ki, Baydendən konkret vəd yox, ikibaşlı bəyanatlar gəldi. Başqa sözlə, Gülən Türkiyəyə nə vaxtsa təslim də edilə bilər. Ancaq yuxarıdakı sitatlardan göründüyü kimi, ABŞ  onu da yaxşı anlayır ki, məsələnin uzanması Ankara ilə əlaqələrə mənfi təsir edir və edəcək. Bu da avtomatik şəkildə regionda Rusiya amilinin güclənməsi, Moskva-Ankara əlaqələrinin daha yüksək səviyyəyə keçməsinə kömək deməkdir – hansı proses ki, artıq başlayıb. Söhbət nədən gedir? Ondan gedir ki, Suriyaya hərbi müdaxilə və PYD-PKK məsələsində Türkiyə Kremlin xeyir-duasını artıq alıb. Bu üzdən Gülən probleminə görə qəliz duruma düşən Vaşinqton da bu problemi uzatmağın qarşılığında Ankaraya ən azından, hansısa siyasi avans, yaxud “kompensasiya” ödəmək zorundadır. Daha dəqiqi, zorunda idi (Maraqlıdır ki, türk qoşunları Suriyaya məhz Baydenin Türkiyə səfəri ərəfəsində girib).Böyük ehtimalla, Türkiyənin Suriyadakı “Fərat qalxanı” əməliyyatına Vaşinqton ən əvvəl bu imperativdən çıxış edərək razılıq verib. Üstəlik, Bayden Ankarada Ərdoğanla görüşdə onu da bəyan elədi ki, kürdlər Fərat çayından o tərəfə çəkilməlidir. Bu isə o anlama gəlir ki, ABŞ kürdlərin Suriyada müstəqil dövlət qurmaq ideyasını qəbul eləmir və bu məsələdə Ankaranın yanındadır. Az sonra o da bəlli oldu ki, kürdlər Fəratın şərqinə çəkilənədək ABŞ YPG qüvvələrinə təlim keçən amerikalı hərbçilərə öz bazalarına dönmək tapşırığı verib. Amerika YPG-PYD terrorçularına silah və kəşfiyyat dəstəyini də dayandırıb.***** Beləcə, Ankara hələlik Güləni geri ala bilməsə də, açıq qalan “Gülən işi”ndən ilk dəfə milli maraqlar naminə, hərbi qiyamdan sonrakı Türkiyənin milli təhlükəsizliyini gücləndirmək naminə yararlana bilib. Nəticədə Suriya əməliyyatları üçün eyni vaxtda Vaşinqtonla Moskvanın razılığını alıb, Suriyadakı 4 illik müharibə ərzində nəhayət ki, bu ölkəyə qoşun yeritmək üçün unikal fürsət qazanıb və yəqin ki, Suriya böhranı aradan qalxanadək, YPG-PYD qruplaşması sarsıldılanadək həmin qüvvələr orada qalacaq. Bu da o deməkdir ki, kürdlərin həm də Türkiyə torpaqları hesabına dənizdən dənizə dövlət yaratmaq xülyası artıq iflas sayıla bilər. Vaşinqtonla bu anlaşmanı “Gülən işi” ətrafında Türkiyə ilə ABŞ arasında ilk uğurlu siyasi bazarlıq kimi dəyərləndirmək mümkündür. İkinci və daha önəmlisi odur ki, Suriya böhranının həllində qardaş ölkənin ABŞ, Rusiya və İran üçün, bütövlükdə bölgə üçün önəmi birə-üç artıb. Artıq bütün qlobal və regional güclər anlayıb ki, Türkiyəsiz Suriya və İŞİD böhranını yoluna qoymaq mümkün olmayacaq. Bu da rəsmi Ankaradan ötrü bölgənin yekun taleyi ilə bağlı yeni və əlverişli siyasi perspektiv, yeni siyasi fürsətlər və olduqca uğurlu manevr imkanları, həmçinin proseslərdə açar rolun tanınması deməkdir. Təsadüfi deyil ki, əksər analitiklərə görə, “Fərat qalxanı” əməliyyatı uğurla başa çatdıqdan sonra yenə məhz Türkiyə Azad Suriya Ordusu (ASO) ilə birgə İŞİD-in “paytaxtı” Rakka şəhərini mühasirəyə ala, dünyanı, o cümlədən Qərbi və Rusiyanı eyni dərəcədə narahat və təhdid edən bu terror təşkilatının varlığına son qoya bilər. Yəqin ki, belə də olacaq. Zaman-zaman vurğuladığımız kimi, İŞİD-in axırına yalnız Türkiyənin əli ilə çıxıla bilər – təbii ki, Türkiyənin bölgədəki ümdə maraqları təmin edilmək şərti ilə. Yaxşı ki, proses bu yöndə inkişaf tapmaqdadır.Türkiyənin Suriya məsələsində açar rolu isə sözsüz ki, Güney Qafqaz kimi başqa bir mürəkkəb bölgədə də özünü göstərə bilər. Yeri gəlmişkən, bu, paralel surətdə Azərbaycanın artan rolu, Dağlıq Qarabağ məsələsində ölkəmiz üçün daha məqbul platformanın yaranma şansı deməkdir.***** Qayıdaq F.Gülənin taleyinə. Co Baydenin Türkiyədəki açıqlamalarından çıxan digər mühüm bir nəticə odur ki, Pensilvaniyadakı şəxsin taleyini Obama administrasiyası yox, yeni administrasiya həll edəcək. Vitse-prezidentin işarə etdiyi “Bir neçə aylıq hüquqi prosedurun zəruriliyi” məhz bu anlama gəlir. O da artıq aydındır ki, Ağ Evin yekun qərarı Rusiya-ABŞ ziddiyyətləri, Türkiyə uğrunda iki güc mərkəzinin mübarizəsi fonunda veriləcək. Bu xüsusda ehtimal böyükdür ki, məhz Hillari Klintonun prezident seçiləcəyi təqdirdə – əksər ekspertlər onun qələbəsini proqnoz edir və yəqin ki, belə də olacaq – Gülən dosyesi Ankaranın xeyrinə bağlanacaq. Çünki Klinton dəlisov və islamofob Trampdan fərqli olaraq sərt anti-Rusiya mövqeyi ilə tanınan, o üzdən Moskvanı qane etməyən, deməli, Türkiyəyə daha böyük dəyər verən bir siyasətçidir. Klinton, üstəlik, Trampdan fərqli olaraq Putinə şəxsi antipatiyası olan birisidir. Bu da növbəti fakt: ötən həftəsonu Nevada ştatında seçicilərlə görüşündə Klinton Vladimir Putini “Qlobal millətçiliyin xaç atası” adlandırıb. Demokratların namizədi rəqibini Putinə rəğbətdə ittiham edərək, onu da deyib ki, “Tramp ona görə təhlükəlidir ki, Rusiyayönlü siyasət aparır, Krımın Rusiya ərazisi kimi tanınması üçün çıxış edir”.Bunlar onun anonsudur ki, Klintonun timsalında ABŞ-ın yeni prezidenti və komandası Türkiyəyə daha böyük önəm və diqqət ayıracaq, Rusiya ilə rəqabət artacaq. Bu isə qardaş ölkənin Kreml və Ağ Ev arasında siyasi manevr imkanlarını da, qardaş ölkənin önəmini də gücləndirəcək, nəticə etibarilə Türkiyənin özü güclənəcək. Türkiyənin güclənməsi isə Azərbaycanın da güclənməsi deməkdir. Dağlıq Qarabağ məsələsində son aylar özünü göstərən ABŞ-Rusiya rəqabətini də nəzərə alsaq (Metyu Brayzanın Qarabağ mövzusunda son anti-Rusiya açıqlamalarını, Rusiyanın təkbaşına vasitəçiliyinə Amerikanın qısqanc yanaşmasını yada salın, Brayza demişdi ki, Putinin Qarabağ planı baş tutsa, ABŞ-ın Güney Qafqaz strategiyası iflas olacaq), belə bir ehtimal da irəli sürmək mümkündür ki, Dağlıq Qarabağ ixtilafının həlli də yeni dönəmə qalır – təbii ki, ona qədər əgər Kreml öz imkan və potensialından istifadə edib problemin çözümündə irəliləyişə nail olmasa. Və ya nail olmaq istəməsə.  Bir şeyi dəqiqliklə söyləmək olar ki, bölgənin taleyində həlledici dönəm artıq başlayıb. (musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler