Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gülben Ərgen ve eri terror paylaşımlarına göre biabır oldular – Fotolar

29 Haziran 2016

11:36 am


29/06/2016 [15:35]: xeber –
O Tvitterdə yazdığı sözlərlə sərt reaksiyalara məruz qalıb.Türkiyə mətbuatı xəbər verir ki, bu gün gecə saatlarında Atatürk Hava limanında baş verən dəhşətli terror hadisəsindən sonra türkiyəli məşhurlar öz tvitter səhifələrindən bu hadisəyə rəy bildiriblər. Onlardan biri də Gülbən Ərgən idi. Onun tvitterdə yazdığı bu sözlər sərt reaksiyalara səbəb olub. G.Ərgən “Terrora lənət olsun. İnsanlara yaşadılan bu qorxu artıq boğazımıza yığılıb. Turistlər ölkəmizdən qaçırlar!” deyə tvit atdıqdan sonra, izləyiciləri G. Ərgəni tənqid ediblər. Gülbən Ərgənin digər paylaşımı isə daha çox gülüşə səbəb olub. Belə ki, Gülbən Ərgən hadisə yerindən foto paylaşdığını zənn edərək “Brüksel” terror hadisəsi zamanı çəkilən fotoşəkilləri yayıb. Hətta G. Ərgənin həyat yoldaşı Ərhan Çelik “Brüksel terroru şəkillərini Atatürk Hava limanı adı ilə paylaşanlar terrora və terrorçulara xidmət edənlərdir. Aldanmayın” deyə tvit atıb. Bu isə izləyicilərin kinayəsinə səbəb olub. Məşhur cütlük onlara gələn bu sərt reaksiyaya cavab vermədən yenə paylaşımlara davam ediblər. (big.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler